QƏZET ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ YERİNƏ YETİRİR
Qəzetimizin kollektivi cari ilin birinci yarısında görülən işləri müzakirə edib. Bu barədə qəzetin baş redaktoru Tofiq Yusif danışıb. O bildirib ki, birinci yarımillikdə nəzərdə tutulan 18 nömrə qəzet vaxtlı-vaxtında və keyfiyyətlə çap olunaraq “Yeni Tərtər”in oxucularına çatdırılıb. Bu müddətdə iş planında nəzərdə tutulan bütün movzular əhatə olunub.
“Yeni Tərtər”in elektron variantının izləyicilərinin sayı artıb. İndi onu 20-dən çox xarici ölkədə izləyir və rayonumuz haqqında məlumat alırlar.
Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində həmçinin Tərtər rayon qəzetinin keçdiyi şərəfli yol haqqında danışılıb. Qeyd olunub ki, maddi çətinliklər ucbatından 7 il susmağa məcbur olan bu mətbu orqan 2005-ci ildə Azərbaycan Mətbuat Şurasının köməkliyi və rayon rəhbərliyinin qayğısı ilə yenidən işıq üzü gördü. “Yeni Tərtər”ə yeni həyat verən kollektiv bu gün də eyni həvəslə çalışır.
Qəzetin əməkdaşlarından Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Kənan Hüseynzadə öz çıxışlarında bildiblər ki, ötən müddətdə olduğu kimi, gələcəkdə də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaqlar.
“Yeni Tərtər”