Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq
    Kənd təsərrüfatı İŞLƏR YAXŞIDIR üçün şərhlər bağlıdır

    DSC_4562DSC_4546Bizim nümayəndəlik Kəbirli və Bayandurlu kəndlərini əhatə edir. Rayonumuzun əksər təsərrüfatlarında olduğu kimi bu kəndlərin də əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Kəbirlidə təsərrüfatların sayı 225, Bayandurluda isə 119-dur.
    Kəbirli kəndinin torpaq sahəsi 670 hektar, Bayandurluda isə 350 hektardır. Ərazimizdə 14 subartezian quyusu işləyir. 9-u Kəbirli kəndi ərazisindədir.
    Kənd əməkçiləri bütün təsərrüfat sahələrini, o cümlədən əkinləri subartezianların suyu ilə suvarırlar.
    Bu il Kəbirli kəndində 70 hektarda buğda, 15 hektarda arpa, 160 hektarda günəbaxan, 31 hektarda qarğıdalı, 20 hektarda tərəvəz, 130 hektarda yonca, 6 hektarda kartof əkib becərmişlər. Kənddəki fermer və ailə-fermer təsərrüfatlarının başcıları ölkə prezidenti cənab İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki tapşırığına əməl edərək təsərrüfatın bütün sahələrində nəzərdə tutulandan xeyli çox məhsul götürmüşlər.
    Elə sovet dönəmində də bizim camaat torpaqdan yaxşı məhsul götürürdü. İndi kəndliyə dövlət tərəfindən göstərilən dəs-tək, subsidiyaların ayrılması bu sahədə çalışanların işə olan həvəsini qat-qat artırıb. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Kənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    ZƏHMƏT ÇƏKƏNDƏ TORPAQ SEVİNDİRİR İNSANI

    findiq_2377567Ata-babadan torpaqla təmasda olan insanlarıq. Ailəmizin bütün xərcləri torpaqdan çıxır. Torpaq kəndliyə qaytarılandan sonra daha həvəslə işləyirik.
    Dövlət tərəfindən göstərilən qayğı torpaq mülkiyyətçilərinin işə olan həvəsini qat-qat artırıb. Əkinçiyə də elə bir balaca dəstək lazımdır ki, torpağa can-başla qulluq edib, yaxşı məhsul götürsün.
    Biz bu il ailəlikcə 3 hektar sahədə şəkər çuğunduru, 4 hektarda pambıq, 5 hektarda taxıl, 4 hektarda yonca, 3 hektarda arpa və 1 hektarda isə fındıq bağı əkmişik. Taxıl, arpa sahələrində işlər başa çatıb. Hər iki sahədə zəmilərə qayğı ilə qulluq etdiyimiz üçün torpaq yüksək məhsulu ilə sevindirdi bizi. Taxıl zəmilərinin hər hektarından 35, arpanın hər hektarından isə 32 sentner məhsul götürdük. Yonca-lıqlarda 3 biçin aparmışıq. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Kənd təsərrüfatı ATAMIZIN YOLUNU DAVAM ETDİRİRİK üçün şərhlər bağlıdır

    1467486480134625811577811107800aAtam Əli Rzayev bütün ömrünü təsərrüfat işlərinə həsr edib. Mən də həmişə onunla birlikdə işləyirdim. O, bizə zəhmətə qatlaşmağı, torpağı sevməyi tövsiyə edir, həm də əkin-biçin işlərini öyrədərdi. Son bir neçə ildir ki, ailə fermer təsərrüfatına mən rəhbərlik edirəm.
    Elə bu il 25 hektar sahədə pambıq, 9 hektarda şəkər çuğunduru əkmişik.
    Əkinlə yanaşı mal-qara da bəsləyirik. Həyətimizdə 10-a yaxın iribuynuzlu malımız var. Mal-qaranı bol yem ehtiyatı ilə təmin etmək üçün 5 hektar yonca sahəmizdə 3 biçin aparmışıq. Pambıq və çuğundur sahələrində də işlər qaydasında gedir.
    Suvarma əkinçilikdə ən mühüm aqrotexniki tədbirlərdən biridir. Mən və qonşu fermerlər Bəylər Əhmədov, Bayram Bayramov sahələrimizi Xaçınçayın sol sahəsində vurulmuş 2 ədəd subartezian quyusunun vasitəsilə suvarırıq. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Kənd təsərrüfatı ŞƏKƏR ÇUĞUNDURUNUN YIĞIMINA BAŞLANDI üçün şərhlər bağlıdır

    500x615xsakharnaya-svekla-jpg-pagespeed-icAnar Şirinov qonşu Ağdamın İlxıcılar kəndindəndir. Rayon mənfur ermənilər tərəfindən işğal olunanda məcburi köçkün düşüb. Hüsənli kəndi ərazisində icarəyə torpaq götürərək əkin-biçinlə məş-ğul olur. Bu il 6 hektar sahədə taxıl əkmişdi. Əkin, becərmə, suvarma işlərini aqrotexniki qaydalar əsasında həyata keçirdiyi üçün zəmilərin hər hektarından 40 sentnerdən çox buğda götürdü.
    İndi becərdiyi 4 hektar şəkər çuğunduru sahəsində məhsul tədarükünə başlanıb. Anar deyir ki, yığıma başlayanda, ona irad tutdular ki, hələ tezdir. Ancaq nəticə göz qabağındadır. Becərmə yaxşı təşkil edildiyindən məhsuldarlıq yüksəkdir. Sahələrin kənarında 2 ədəd subartezian quyusu var. Bu isə məhsuldarlığa yaxşı təsir göstərib. 4 hektar sahənin hər hektarından azı 70-80 ton məhsul gözlənilir.

    Adil HÜSEYNOV,

    sənli kənd sakini, fermer

    Teqlər:

  • 31Avq
    Digər 30 İLLİK ZƏHMƏTİN MÜKAFATI üçün şərhlər bağlıdır

    DSC_7516Ötən ayın son günləri idi. Mərkəzi qəzetlərin səhifələrində bir qrup dövlət qulluqçusunun mükafatlandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı dərc olunmuşdur. Sərəncamla həmyerlimiz Musayev İlqar Xosrov oğlu da “Tərəqqi” medalına layiq görülmüşdür. Məlumatı oxuduğum andan çox keçməmiş redaktor yaradıcı kollektivi yanına çağırıb həmyerlimizin dövlət mükafatı almasını bildirdi və onun haqqında məqalə yazılması tapşırığını verdi. Sanki redaktor fikrimdən xəbər tutmuşdu.
    –O mənim iş yoldaşım olub,–dedim.
    –Elə isə İlqar Musayev haqqında yaxşı bir yazı hazırlayın, bunu sizə tapşırıram,–dedi.
    İş otağına qayıdıb rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan İlqar Musayevlə telefon əlaqəsi saxlayıb, redaktorun fikrini bildirdim. Görüşüb söhbət edəcəyimiz vaxtı müəyyənləşdirdik. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Təhsil Tələbə adını qazananlar üçün şərhlər bağlıdır

    PƏRVANƏ SÜLEYMANLI –641 BAL

    новый-1641 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan Pərvanə Süleymanlı Sarov kənd tam orta məktəbinin məzunudur. Bizimlə söhbətində Pərvanə dedi:
    –Uşaqlıqdan həkimlik peşəsi mənə qeyri-adi görünüb. Həmişə özümü insanlara şəfa bəxş edən “ağ xalatlılar” sırasında görmək istəmişəm.
    Pərvanənin gərgin zəhməti öz bəhrəsini verib. Bu gün doğma məktəbinin müəllimləri və valideynləri onunla birlikdə sevinirlər.

    Teqlər:

  • 31Avq
    Təhsil FİDAN AĞAZADƏ–637 BAL üçün şərhlər bağlıdır

    DSC_4535Fidan Ağazadə şəhər 1 saylı tam orta məktəbini bu il bitirib. Bir çox həmyaşıdları kimi bu günlər onun da sevinci hədsizdir. Həkim olmaq, insanların sağlamlığı keşiyində durmaq arzusu ilə IV qrup üzrə imtahanlardan 637 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
    Onlar ailədə bir qardaş, 1 bacıdırlar. Fidanın böyük qardaşı Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda oxuyur.
    Ailənin hər iki övladına təhsildə müvəffəqiyyətlər arzulayırıq.

    Teqlər:

  • 31Avq
    Təhsil AYSEL SƏFƏRLİ–612 BAL üçün şərhlər bağlıdır

    DSC_4538Şəhər 1 saylı tam orta məktəbin məzunu Aysel Səfərli 612 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Redaksiyamızda olarkən Aysel dedi: Təhsilimi başa vurandan sonra bir həkim kimi rayonumuza qayıtmaq və qəhrəman tərtərlilərin cansağlığı keşiyində dayanmaq ən böyük arzumdur.

    Teqlər:

  • 31Avq
    Təhsil BANU CƏFƏRLİ–604 BAL üçün şərhlər bağlıdır

     

    DSC_4530Onlar 2 bacı–Banu və Çiçək bir sinifdə oxuyublar. Şəhər 6 saylı məktəbin məzunlarıdır. Hər ikisi ali ixtisas məktəblərinə qəbul olunmaq üçün imtahan verərək eyni ixtisasa qəbul olunublar. Banu 604 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişsiz, Çiçək isə 225 balla Gəncə şəhərindəki Texnologiya Universitetinin ödənişli kompüter mühəndisliyi fakültəsində təhsil alacaqlar. Banu şəhər 6 saylı tam orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Məqsədi yaxşı oxumaq, gələcəkdə Vətənimizə layiqli bir övlad olmaqdır.

     

     

    Teqlər:

  • 31Avq
    Təhsil TURAL YUNİSLİ–638 BAL üçün şərhlər bağlıdır

    IMG-20170825-WA0001Tural Yunisli Köçərli kənd tam orta məktəbini bu il bitirərək 638 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub.
    Söhbət zamanı bildirdi ki, gələcəkdə arzusu səfir olmaqdır.
    Turalın bacısı Leyla da ötən il Azərbaycan Dövlət Universitetinin tərcümə fakültəsinə daxil olub. Ailənin hər iki övladına ali məktəbləri yüksək qiymətlərlə başa vurmalarını arzu edirik.

    Teqlər: