Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bu günlərdə keçirilən növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin təmsilçiləri, kənd sakinləri iştirak edirdilər.
Tədbiri icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Sonra İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kənd haqqında və sakinlərin əsas məşğuliyyəti barədə məlumat verdi.
Qəbul-görüşdə çıxış edən kənd sakinləri rayonun mərkəzində və kəndlərimizdə aparılan quruculuq, abadlıq işlərindən danışmaqla yanaşı yaşadıqları ərazidə mövcud olan problemlərdən də söz açdılar.
Qəbul-görüşdə edilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapdı, qalan məsələlər nəzarətə götürüldü.
* * *
Rayonun Buruc kəndində də rayon icra hakimiyyəti başçısının qəbul-görüşü keçirildi. Burada da kənd sakinləri görülən işlərdən və onları narahat edən məsələlərdən danışdılar.
Hər bir müraciət diqqətlə dinlənildi və lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verildi.
“Yeni Tərtər”