08Sen
AİLƏMİZ YENİ EVƏ KÖÇƏCƏK
Qarabağ müharibəsi əliliyəm. 1994-cü ilin noyabrın 22-də Qarabağ torpağı uğrunda gedən döyüşlərdə yaralanmışam.
Ailəm, üç övladım var. Mənzil şəraitimiz yaxşı deyildi. Hamımız, xüsusən uşaqlar, yeni ev arzusu ilə yaşayırdıq. İndi xəyallarımız həqiqətə çevrilib. Dövlətimiz tərəfindən bizə çox rahat, hər cür şəraiti olan fərdi ev tikilir. Yeni evimiz 2 otaqdan, mətbəxdən və dəhlizdən ibarətdir.
Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Hər gün gedib inşaatçılarla görüşür, evimizə köçəcəyimiz günü səbirsizliklə gözləyirik.
Onu da bildirmək istəyirəm ki, cari ildə rayonumuzda 5 şəhid və əlil ailəsi üçün fərdi ev tikilib istifadəyə verilib. Bu yaxınlarda isə bizim ailəmizlə birlikdə daha 5 ailə sevinəcək. Övladlarımız rahat şəraitdə böyüyəcək, dərslərini yaxşı oxuyacaqlar.
Şəhid ailələrinə və əlillərə böyük qayğı göstərən Prezident İlham Əliyevə, dövlətimizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Nağı TEYMUROV,
Kəngərli kəndi
Teqlər: Sosial
08Sen
1964-cü il idi. Həyat yoldaşım Məcid Məmmədov Böyük Vətən müharibəsi əlili, həm də müəllim olduğu üçün ona İstisudakı sanatoriyada dincəlmək üçün putyovka vermişdilər. Biz ailəlikcə getdik və sanatoriyanın yaxınlığında alaçıq qurduq. Qonşuluqdakı alaçıqda İmişli rayonundan olan nənə öz məktəbyaşlı nəvəsi ilə qalırdı. Həmin nəvə ilə mənim böyük oğlum Nizaminin arasında bir-iki yaş fərq vardı.
Buna baxmayaraq, yoldaşlıq edir, günlərini bir yerdə keçirirdilər.
Günlərin birində qonşu alaçıqdan səs gəldiyini eşitdim. Bu, Nizaminin dostu Səyyadin səsi idi. O, kömək istəyirdi.
Kiçikyaşlı qızımı yerə qoyub, qonşulara tərəf qaçdım. Səyyadın nənəsi qızdırmanın içində alışıb yanırdı. Uşaq isə nə edəcəyini bilmir, için-için ağlayırdı.
Öz alaçığımza keçib, soyuqdəymə zamanı istifadə olunan bütün vasitələrdən gətirdim. Yaşlı qadına lazımi yardım göstərdim. Bir azdan onun hərarəti düşdü və özünə gəldi. Bu xəbər arana çatanda, nənənin oğlanları gəlib çıxdılar. Hamı bizə təşəkkür edirdi. Daha ətraflı »
Teqlər: Digər
08Sen
Hər bir yaşayış məntəqəsində insanların həyat tərzinə güclü təsir göstərən amillərdən biri də yol infrastrukturudur. Əgər yollar yaxşıdırsa, gərginlik azalır, insanlar vaxta qənaət edir, mənzil başına rahat çatırlar.
Bu baxımdan 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər–Seydimli–Qaradağlı–Sarov avtomobil yolunun tikintisinə başlananda, bu ərazilərdə yaşayanların hamısı çox sevindi. Artıq tikinti işlərinin böyük bir hissəsi görülüb. Həmin yolun 18-ci kilometrində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün tikintisi başa çatıb.
Yayın isti günlərində hərdən ailəlikcə yola çıxıb, qohum-tanışları yoxlamağa gedəndə, istirahət məkanlarına üz tutanda, bu rahatçılığı bizə yaradan insanlara minnətdar oluruq.
Qeyd etmək istəyirəm ki, rayonumuzun abadlığı yalnız bu yoldan bilinmir. İndi Tərtərin küçələrinə üz tutsan, görülən quruculuq işlərinin şahidi olarsan. Xüsusən yay aylarında kənar ölkələrdə, şəhərlərdə yaşayan tərtərlilər rayonumuza gəldikdə, dəyişiklikləri heyranlıqla müşahidə edirlər. Son illər yüzlərlə rayon sakini qürbətdən vətənə dönərək, burada münasib bir iş qurub, yaşamağa üstünlük verir. Belə də olmalıdır. Ona görə ki, günü-gündən gözəlləşən, dəyişən Tərtərdə həm də sosial məsələlər həllini tapıb. Əhali 24 saat ərzində elektrik enerjisi və mavi yanacaqla təmin olunur.
Surxay HÜSEYNOV,
Bəyimsarov kənd İƏD üzrə icra nümayəndəsi
Teqlər: Digər
08Sen
ZƏHMƏT VƏ QAYĞI İLƏ DOLU GÜNLƏR
Bu dəfə yolumuz Qazyan və Yuxarı Qapanlı kəndlərinədir. Düşmənlə təmas xətti boyunca yerləşən bu kəndlərin əhalisi Dağlıq Qarabağ münaqişəsi başlayandan müharibə şəraitində yaşayır. Amma ilk baxışda bu, hiss olunmur. Hər yerdə olduğu kimi, burada da sakinlər əkib-becərir, öz qayğıları ilə yaşayırlar.
Müsahibimiz Qazyan kənd İƏD üzrə nümayəndə Azər Cabbarovdur. Azər müəllim o insanlardandır ki, onlar haqqında pafos xatirinə yox, sözün həqiqi mənasında deyirlər ki, həyatını doğma kəndinə həsr edib. Müharibənin ağrı – acısını, əzab-əziyyətini həmkəndliləri ilə birgə yaşayıb, xoş günlərində onlarla bir yerdə olub.
İndi kənddə təsərrüfat işlərinin ən qaynar çağı olduğundan, söhbətimizə də elə bu mövzudan başladıq. Öyrəndik ki, ərazidə, yəni Qaynaq və Yuxarı Qapanlı kəndlərində bu il rekord miqdarda – 458 hektar sahədə pambıq əkilib. Ötən il bu rəqəm cəmi 60 hektar təşkil edirdi. Bundan əlavə, 259 hektarda çuğundur, 14 hektarda sorqo əkilib, 200 hektarda isə yoncalıqlar yerləşir. Arpa və buğda biçini də müvəffəqiyyətlə başa çatıb. 79 hektar arpa zəmisinin hər hektarından 29, 56 hektar buğda sahəsinin hər hektarından isə 34,9 sentner məhsul götürülüb. Daha ətraflı »
Teqlər: Digər
31Avq
Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
31Avq
Hörmətli və qəhrəman tərtərlilər! Əziz bacı və qardaşlarım!
Sizi xalqımızın müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə təbrik edir, hər birinizə əmin-amanlıq, ruzi-bərəkət və cansağlığı arzulayıram.
Bildiyiniz kimi, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə insanların dini etiqad azadlığı təmin olunur, eyni zamanda İslamın müqəddəs dəyərlərinə böyük qayğı və diqqət göstərilir. Xalq illərlə qoruyub saxladığı, bu günümüzə çatdırdığı əziz adət-ənənələrini, bayramlarını açıq şəkildə qeyd etmək imkanı qazanıb.
İslam bütövlükdə humanizm dinidir. O cümlədən Qurban bayramının keçirilməsində əsas məqsəd insanları bir-birinə daha da yaxınlaşdırmaq, dinimizin müqəddəs şərtlərini xatırlatmaq, xeyriyyəçlik ənənələrini davam etdirməkdir.
Bayram günlərində aztəminatlı ailələri, kimsəsizləri, Vətənin müdafiəsində dayanan əsgərlərimizi, qaçqın və köçkün soydaşlarımızı, qohum və qonşuları yada salmaqla, biz Ulu Tanrıya daha da yaxınlaşırıq. Daha ətraflı »
Teqlər: Digər
31Avq

Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Bildirilib ki, 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məq-sədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Avq
RAYONUMUZDA ƏRZAQ MƏHSULLARININ İSTEHSALI, SATIŞI VƏ TƏDARÜKÜ ARTIR

Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olub. Son illər isə ölkənin ümumi iqtisadi artımında qeyri-neft sektoru önə çıxmaqdadır. Əgər I, II Regional İnkişaf Proqramları yerinə yetirilərkən diqqət əsasən bölgələrdə infrastruktur layihələrin icrasına yönəldilirdisə, indi iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, yerlərdə yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdir.
Həmin vəzifələr III Regional İnkişaf Proqramı çərçivəsində rayonumuzda da uğurla icra edilməkdədir. Bu sahədə Tərtərdə bir sıra işlər görülür, böyük canlanma, ruh yüksəkliyi müşahidə olunur. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
31Avq

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kəbirli kəndində oldu.
Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin ərazisi, əhalinin məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumat verdi. Ağsaqqal Vəli Xasıyev Prezidentimiz İlham Əliyev tərəfindən kənd əhalisinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlıq etdi. Kənd əhalisinin işıq, qaz probleminin olmadığını, lakin kəndarası yolların təmirə ehtiyacı olduğunu bildirdi.
Sonra kənd sakinləri Raquf Məmmədov və Sarvan Həsənov kənddə yeni subartezian quyusunun qazılması və bir quyunun təmiri, Bayandur kəndinin sakini Zakir Bayramov elektrik naqillərinin “SİP” kabellərlə əvəzlənməsi barədə təkliflər irəli sürdülər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verildi. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
31Avq

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu günlərdə cəbhə bölgəsi olan Tərtər rayonunda keçirilib. Tədbirdə Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili, AFFA-nın Birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, millət vəkili İlham Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, layihənin koordinatoru Kərim Ağayev, Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, rayon uşaq-gənclər və idman məktəbinin direktoru Emin Quliyev iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar