Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Sen

    BMT-nin Qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.
    Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaq-lara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometrlik təmas xəttində yerləşir. Rayonun əhalisi 103 min nəfərdir. Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tərtər rayonunun ərazisində məskunlaşıb. 2017-ci ildə rayon ərazisində 1170 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi tikilərək istifadəyə verilib. Həmin yaşayış kompleksinə yol kə-narlarında, təhsil müəssisələrində, uşaq bağçalarında, ictimai binalarda çətin vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb.
    Müstəqim Məmmədov qeyd edib ki, rayonun əkinəyararlı 31 min 600 hektar torpağından yalnız 22 min 400 hektarı istifadə edilir. Torpaqların bir qisminin istifadə edilməməsinin səbəbi ermənilərin işğal altında saxladıqları Sərsəng Su Anbarından gələn suyun qarşısının suvarma dövründə kəsilməsi ilə bağlıdır. Bundan başqa, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədirlər. BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını ifadə edib. Quido Ambroso sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış komplek-sində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.
    Məcburi köçkün İlqar Qasımov deyib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: Qonaqlar Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində də olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıx-arx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar. Məlumat verilib ki, mənfur düşmənləri-mizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhə-miyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Tərtər rayonuna səfər çərçivəsində qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə də baş çəkib-lər. Məlumat verilib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərərçəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:59

    Teqlər:

İsmarıclar bağlıdır.