Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox sahələr kimi mətbuatda da islahatlar aparılmağa başlandı. Senzura aradan götürüldü, qəzet və jurnallara sərbəstlik verildi. İndi hər bir Azərbaycan vətəndaşı Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, müstəqil qəzet nəşr etdirə bilər.
Lakin şərtlərin bu qədər asan olması cəmiyyətimizə fayda verməklə yanaşı, həm də “reket jurnalistika” kimi bir bəlanı meydana gətirdi ki, bu gün onunla mübarizə hər birimizi ciddi surətdə düşündürür.
Reket jurnalistika nədir? Məlumdur ki, hər bir işi görməzdən əvvəl onun maddi bazası barədə düşünmək lazımdır. Bu baza necə yaranacaq, hansı yollarla tənzimlənəcək və s. Məsələn, rayon qəzeti olaraq biz abunəçilərimizin hesabımıza köçürdükləri vəsait hesabına fəaliyyət göstəririk. Bəs, heç bir abunəçisi, reklam bazarı olmayan mətbu orqanlar nə edirlər? Qapı-qapı düşüb, mədəni “dilənçilik” lə məşğul olurlar. Yəni hər hansı bir materialı yazmamışdan əvvəl bunun müqabilində müəyyən miqdarda pul tələb edirlər. Daha ətraflı »
-
27AprDigər REKET JURNALİSTİKA VƏ ONUN TÖRƏTDİYİ FƏSADLAR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
27AprDigər MİLLİ QƏHRƏMANLARIMIZ üçün şərhlər bağlıdır
TƏRTƏRİN ÜÇÜNCÜ MİLLİ QƏHRƏMANI
Biz indiyədək elə bilirdik ki, Tərtərin iki Milli Qəhrəmanı var–Vəzir Orucov və Elman Hüseynov. Lakin indilərdə öyrəndik ki, tərtərli 3-cü Milli Qəhrəman da olub. Bu, Füzuli Rüstəmovdur
* * *
İnsan dünyaya gələndə necə böyüyəcəyindən, həyatının necə davam edəcəyindən xəbəri olmadığı kimi, ömrünün də harada tamamlandığından xəbərsiz olur, yaşının hansı çağında bu dünya ilə vidalaşacağını düşünmür. Xoşbəxt insan odur ki, hansı yaşda, harada işıqlı dünyanı tərk etməyindən asılı olmayaraq, yaddaşlarda qalır, ürəklərdə anılır.
Füzuli Salah oğlu Rüstəmov Tərtərin Hüsənli kəndində doğulmuşdur. O, 1965-ci ilin şaxtalı bir qış günündə – 25 dekabrda dünyaya gələndə ata-ananın sevinci, fərəhi yerlə göy arası olmuşdu. Füzuli bu sevinc və sevgi ilə böyüyürdü. Daha ətraflı »Teqlər: Digər
-
27AprDigər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır
HƏMİŞƏ HÖRMƏTLƏ YAD EDİLİR
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də Həsənov Feyruz Nəbi oğludur.
Feyruz 1962-ci ildə rayonumuzun Azadqaraqoyunlu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Qohumları, doğmaları təhsil illərində onun yaxşı oxumasından, nümunəvi şagird olmasından həmişə danışırlar. Orta təhsilini başa vurduqdan sonra o zamankı Sovet ordusu sıralarında xidmət edib. Rayon polis şöbəsində işləyib. Öz çevikliyi, silahlardan yaxşı baş çıxarması dostları, yoldaşları arasında onun hörmətini daha da artırıb.
O illərdə mənfur ermənilərin torpaqlarımıza göz dikməsi həmyaşıdları kimi bir polis nəfəri olaraq Feyruzu da ciddi narahat edirdi. Ermənilərə qarşı bir sıra döyüşlərdə yaxından iştirak etdi. 1992-ci ilin aprel ayında keçmiş Ağdərə rayonunun Marquşevan kəndi uğrunda gedən döyüşlərdə 30 yaşında şəhid oldu. Daha ətraflı »Teqlər: Digər
-
27AprDigər HƏR BİRİMİZ VƏTƏNƏ XİDMƏT EDİRİK üçün şərhlər bağlıdır
Hərb tariximizdən
Hər birimiz vətənə xidmət edirik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Hərbçilərimiz isə vətənə, xalqa ikiqat məsuliyyət hissi ilə xidmət edirlər. Həm vətəndaş kimi, həm də əlində silah vətənin keşiyində dayanan əsgər və zabit kimi.
Xoşbəxt o hərbçidir ki, öz müstəqil dövlətini və müqəddəs torpağını qoruyur. Çar Rusiyası dövründə azərbaycanlıların imperiya ordusunda xidmət etməsinə müəyyən məhdudiyyətlər qoyulurdu. Buna baxmayaraq, ötən əsrin əvvəllərində bu ordunun tərkibində öz peşəkarlığı, cəsarəti ilə seçilən azərbaycanlı zabitlər və generallar yetişdi. Məhz bu cür hərbçilərdən olan Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Demokratik Respublikanın ordu quruculuğuna mühüm töhfələr verdilər.
Əslində isə Azərbaycanda ordunun təşkilatlanması bir az əvvəl, yəni 1917-ci ildə başlayıb. Belə ki, 1917-ci il dekabrın 11-də o zaman Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman korpusunun yaradılması haqqında qərar qəbul edildi və sonradan bu korpusun əsasında Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradıldı. Həmçinin Müsəlman korpusunun formalaşması çərçivəsində 1918-ci il martın 1-də Azərbaycanda milli hərbi təhsilin əsası qoyuldu. Daha ətraflı »Teqlər: Digər
-
19AprDigər üçün şərhlər bağlıdır
XALQ ÖZ XOŞBƏXT GƏLƏCƏYİNƏ SƏS VERDİ
Teqlər: Digər
-
19AprDigər PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ üçün şərhlər bağlıdır
-Əziz həmvətənlər.
Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.
Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.
Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik. Daha ətraflı »Teqlər: Digər
-
19AprDigər TƏRTƏRLİLƏR İLHAM ƏLİYEVİ TƏBRİK EDİRLƏR üçün şərhlər bağlıdır
Möhtətəm cənab Prezident!
11 aprel Prezident seçkilərində qazandığınız inamlı qələbəyə görə sizi ürəkdən təbrik edirik.
Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, xalqımız daha yaxşı və firavan yaşayacaq. Ümid edirik ki, həmişə olduğu kimi yenə də Azərbaycan mətbuatına önəm verəcəksiniz və mətbuatın dostu kimi qayğınızı əsirgəməyəcəksiniz.
Sizə işinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.“Yeni Tərtər” qəzetinin kollektivi adından qəzetin baş redaktoru Tofiq Yusif
Daha ətraflı »Teqlər: Digər
-
19AprTərtər RİH-də XORUZLU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Xoruzlu kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalinin, məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Xoruzlu kənd ağsaqqalı Vəli Xasıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi ilə bağlı ürək sözlərini bildirib. Qeyd olunub ki, kəndin sosial problemləri həll edilib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
19AprXəbərlər TƏRTƏR RAYONUNDA 11 APREL PREZİDENT SEÇKİLƏRİNİN YEKUNU üçün şərhlər bağlıdır
TƏRTƏRLİLƏR YENİDƏN ÖZ LİDERLƏRİNƏ İNAM İFADƏ ETDİLƏR
Tərtər rayonunda prezident seçkiləri əhalinin fəallığı şəraitində keçib. 95 saylı Tərtər Seçki Dairəsindən redaksiyamıza bildiriblər ki, dairə üzrə ümumi seçicilərin sayı 41176 nəfər olub. Bunlardan 3116,3 nəfəri–75,68 faizi seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verib.
Tərtər rayonu üzrə etibarlı səslər 30862 nəfər, yəni 74,95 faiz təşkil etmişdir. 41 seçki məntəqəsinin 10-da “exitpoll” aparılıb. Rayonda seçkilərin gedişini 390 yerli və 4 beynəlxalq müşahidəçi izləyib.
Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyev rayonumuzda etibarlı səslərin 84,86 faiz ilə inamlı qələbə qazanıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir.“Yeni Tərtər”
-
19AprXəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏR RAYONUNDA üçün şərhlər bağlıdır
Bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.
ABŞ-dan və İtaliyadan olan jurnalistlər əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və Prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, vətəndaşlarla görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində onların özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.“Yeni Tərtər”
Yeni ismarıclar