10Yan
(Novella)
Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Yan

XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox? Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
10Yan
İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı… Daha ətraflı »
Teqlər: Ədəbiyyat
27Dek
2018-ci il tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qalacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə AXC-nin 100 illiyi bütün ölkədə təntənəli şəkildə qeyd olundu. Cümhuriyyət fədailərinin həyat yolu, onların fəaliyyəti araşdırıldı və xalqa çatdırıldı. Bütün bunlar tariximizə dərin hörmətin bariz nümunəsidir. Çünki keçmişini unudan xalqın gələcəyi də ola bilməz.
Ötən il həm də regionların sosial-iqtisadi inkişafının yerinə yetirilməsinə dair III Dövlət Proqramının sonuncu ili oldu. Bu Proqramların reallaşdırılması nəticəsində regionlarımızın həyatının necə dəyişdiyini isə biz Tərtər rayonunun simasında aydın görürük.
Kiçik köşklərlə eybəcər hala salınmış, infrastrukturu bərbad olan, kənd təsərrüfatında durğunluq yaşanan rayonumuz indi öz görkəmi ilə nəinki respublukamızın, eləcə də xarici ölkələrin şəhərləri ilə rəqabət apara bilər. Çünki burada hər şey gözəldir: son illər çəkilmiş rahat yollar, abadlaşan küçələr, yaraşıqlı ticarət obyektləri, məktəb və uşaq bağçaları. Daha ətraflı »
Teqlər: Digər
27Dek
QƏLƏBƏ ÜMİDİ İLƏ YAŞAYIRLAR
Yeniilqabağı günlərdə Qapanlıda hansı həyətə gəlsən, hansı evin qapısını döysən, səni gülərüzlə qarşılayacaqlar. Çünki bu xüsusiyyətlər sakinlərə dədə-babadan miras qalıb: qonağı lazımınca qarşılayıb, çətinliyini, dərd-qəmini ona bildirməmək.
Amma bu çətinliklər də ki, cəbhəyanı kəndin həyatının ayrılmaz hissəsidir. Elə bir gün olmaz ki, üz-bəüz yaşayan mənfur düşmənlər nəsə bir təxribat yaratmasınlar. Münaqişə davam edən illər ərzində demək olar ki, hər bir ailə şəhid verib, yaxud kimsə yaralanıb, ömürlük şikəst qalıb, atılan mərmilər kiminsə evini darmadağın edib.
Amma düşmən niyyətinə çata bilməyib. Ən ağır məqamlarda, kənd fasiləsiz olaraq artilleriya atəşinə tutulduğu günlərdə belə, sakinlər doğma ocaqlarını tərk etməyiblər. Bu hərəkətləri ilə də hərbçilərimizi ruhlandırıblar, onlara həm mənəvi, həm də maddi dəstək olublar. Daha ətraflı »
Teqlər: Digər
27Dek

2019-cu ilin simvolu torpaq sarı Donuzu olacaq. Ulduzlar bizə o haqda danışırlar ki, bu il ərzində çox münaqişələr həll ediləcək. İnsanlar bir-birini anlamağı daha yaxşı öyrənəcəklər, axı, ictimai əmin-amanlıq və ünsiyyət sferası fəallaşır.
Donuz ili ərzində dünyaya gəlmiş körpələr son dərəcə sülhsevər və xeyirxah olacaqlar. Onları sadəlövh adlandırmaq olmaz, amma bəzən sadəlövhlük onlara qoyulmuş hədəflərə çatmağa mane olacaq. Ona görə belə uşaqların tərbiyəsi prosesində yaxşı insanları düşmənlərdən ayırmağa mütləq öyrətmək lazımdır.
Şərq fəlsəfəsinə əsasən hər il yalnız simvol dəyişmir, həm də rəng və təbii simvol dəyişir. 2019-cu ildə Torpağın təbii simvolu keçəcək və sarı rəngə malik olacaq. Daha ətraflı »
Teqlər: Digər
27Dek

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kənd İƏD üzrə nümayəndəliyin Bayandurlu kəndin-də olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Dek
Şəhər 3 saylı ümumi orta məktəbdə tarix müəllimi Kifayət Kərimovanın təşəbbüsü ilə şagirdlər arasında “Bilik yarışı” keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin nümayəndəsi Gülxar Abbasova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi və valideynlər iştirak ediblər.
“Bilik yarışı”nın açılışında Azərbaycanın himni səslənib. Kifayət Kərimova öz çıxışında bildirib ki, hər bir şagird öz Vətəninin, doğulduğu şəhərin dünənini və bugününü yaxşı bilməli, tariximizi dərindən öyrənməlidir.
Sonda məktəbin direktoru Dilşad Məmmədova şagirdləri təbrik edərək, qalibləri Fəxri fərmanla mükafatlandırıb.
“Yeni Tərtər”
Teqlər: Təhsil
27Dek
1995-ci ildən BMT-nin təşəbbüsü ilə hər il dekabrın 19-da dünya ictimaiyyəti Kasıblara Beynəlxalq Kömək Gününü qeyd edir. Dünya iqtisadiyyatı çox sürətlə inkişaf etsə də, zəngin və dəbdəbəli həyat sürənlər kifayət qədər çox olsa da, yoxsulluq yenə də bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Əksər ölkələrdə kasıblara həm dövlət təşkilatları və beynəlxalq proqramlar vasitəsilə, həm də müxtəlif dini və xeyriyyə təşkilatları, eləcə də ayrı-ayrı adamlar yardım göstərirlər.
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun Qarabağ Regional “Bilik evi” tərəfindən həmin gün rayonumuzda da xeyriyyə aksiyası keçirilib. Bir neçə yoxsul ailəyə ərzaq yardımı edilib.
Aksiyanın keçirilməsində məqsəd həmçinin bu ailələrin problemlərinə cəmiyyətin diqqətini yönəltmək olub.
“Yeni Tərtər”
Teqlər: Digər
27Dek
Şəhərimizin ən yaraşıqlı küçələrindən biri olan Qaçay Mehdiyev küçəsində abadlıq işlərinə başlanılıb. Burada divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya–işıq, qaz, su və telefon xətləri qaydaya salınır. Ağacların artıq budaqları kəsilir və digər təmizlik işləri görülür. Bu işlər başa çatandan sonra isə küçəyə asfalt örtük salınacaq.
Küçənin abadlaşdırılması sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
Valeh İsfəndiyarov:
-Son illər Tərtər şəhəri çox dəyişib, gözəlləşib. İndi bizim küçədə də görülən işlər ürəyimizdən xəbər verir. Buna görə də rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
Namiq Əsədov:
-Bizim küçə Tərtərin ilk şəhidi olan Qaçay Mehdiyevin adını daşıyır. Amma son vaxtlar buranın görkəmi şəhərimizin ümumi görünüşündən bir az geri qalırdı. Bəzi elektrik və telefon xətləri, qaz və su boruları səliqəsizlik yaradırdı. indi bütün bu nöqsanlar aradan qaldırılır.
“Yeni Tərtər”
Teqlər: Sosial
Yeni ismarıclar