–Son dəblər haqqında nə deyə bilərsiniz?
–Elə geyinirlər ki, arxadan arvadla kişi seçilmir. Cavan qızlar bir yana, bəzən yaşlı qadınların dar şalvarlardan və hər yeri açıq köynəklərdən görünən əzaları az qalır adamın gözünə girsin. Onların əvəzinə adamın özü utanır.
* * *
–Rayonumuzun bu mərkəzi bazarı var ha, bilmirsən orda vəziyyət nə vaxt düzələcək?
–Oranın müdiri insafa gələndə. Bir də ağzında “bazar” deyirsən, orada vəziyyət düzəlsə, onda bazar olmaz ki!..
* * *
–Şəhərdə nə vaxt nəqliyyat intizamı yaranacaq?
–QAİ-şniklərin sürücülərlə “əlbirliyi”nə son qoyulanda. Yoxsa bu hərki-hərkinəlik hələ çox qəzalara səbəb olacaq, hələ çox əsəb oynadacaq.
* * *
–Alışveriş yerlərində qiymət və keyfiyyət nə vaxt düzələcək?
–Heç vaxt. Çünki azad bazar iqtisadiyyatıdır. Birindən xoşun gəlmir, get o birindən al. Belə boş-boş şeylər danışıb, zəhlə tökməyin.!
-
07Mar
Müəllif: Redaktor, 08:41
Teqlər: Digər