İGİDLƏR MƏKANI
1988-ci ildən başlanan və tariximizə Qarabağ müharibəsi kimi daxil olan bu amansız müharibə Səhlabad kəndindən də yan keçmədi. Kəndimiz cəbhə xəttinin yaxınlığında yerləşir. Ermənistanın ölkəmizə təcavüzünün gündən-günə gücləndiyi bir şəraitdə Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan Səhlabad kəndinin cəsur oğulları da döyüş meydanına atıldılar. Belə oğullardan Vüqar Məmmədovu, Mehrac Mahmudovu, Rəhman Almuradovu, Faiq Əliyevi, Yaqub Heydərovu, Ceyhun Ağayevi və başqalarını göstərmək olar. Kəndimizin ilk şəhidi Vüqar Məmmədovdur. O, 1970-ci il dekabrın 20-də anadan olub. Səhlabad kəndi tam orta məktəbində təhsil alıb. İkillik hərbi xidmətdən sonra Tərtər rayonunun Polis Şöbəsində sıravi polis işçisi kimi fəaliyyətə başlayıb. 1992-ci il aprelin 10-da keçmiş Mardakert rayonunun Marquşevan və Marağa kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olub. İndi hal-hazırda Səhlabad kənd tam orta məktəbi Vüqar Məmmədovun adını daşıyır. Daha ətraflı »


QİÇS–qazanılmış immun çatışmazlığı sindromu olan xəstəlik insanların HİV və ya İİV (insan immunçatışmazlığı virusu) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immunmüdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-lə vəfat edənlərin sayı milyonlarladır. Azərbaycanda da bu virusa yoluxan və ölənlərin sayı minlərlədir. İnsanların bu təhlükədən qorunması üçün İİV haqqında məlumatlı olması çox gərəklidir. Bunun üçün Azərbaycan səhiyyəsi bir sıra proqramlar, tədbirlər keçirməklə, ən başlıcası Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaratmışdır. Bu Mərkəzin 13 bölgədə HİV-diaqnostika laboratoriyaları fəaliyyət göstərir ki, virusa yoluxmanın aşkarlanmasında əsas rol oynayır.
Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
Siz dağ çayının şırıltılı zümzüməsini dinləmisinizmi? Bir yamacın döşündə qurulan alaçığı döyəcləyən yağış damcılarının əsəbə sığal çəkən sehirli nəğməsindən mürgüləmisinizmi? Gül-çiçəyə bələnmiş bir talada dirsəklənərək, müşkü-ənbər qoxuyan havanı acgözlüklə ciyərlərinizə çəkib, sinədolusu: “Oxxayyy!”-demisinizmi? Küləyin laylasında heyrətə gəlmisinizmi? Şəlalənin “Cəngi”sinnən necə? Şimşək çaxışı, dolmuş buludların göz yaşı, açılan səhər, Günəş işığı, ulduzların “Ağ yolu”, Qədir Rüstəmovun “Sona bülbüllər”i, Dədə Qorqudun qopuzu və nəhayət, Məmməd Arazın söz ləngəri… Bunların hamısının əks sədası var Rafiq Nəsirovun şeirlərində. Onun qələmini Tanrı sehirləyib. Yazdıqları bəndə işi deyil, İlahidən gəlmədir.
Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Yeni ismarıclar