20Avq
ACILI-ŞİRİNLİ GÜNLƏR…

Qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva baş redaktor Tofiq Yusifdən “Yeni Tərtər”in 13 illiyi ilə bağlı müsahibə almışdır.
– İlk sualımıza baş redaktoru olduğunuz “Yeni Tərtər”dən başlayaq. Məlumdur ki, rayon qəzeti 7 ildən artıq bir müddətdə susdu. Bildiyimizə görə Siz həmin vaxtlar ayrı sahədə çalışırdınız. Necə oldu ki, redaktorluğa məhz Siz namizəd göstərildiniz? Daha ətraflı »
Teqlər: Digər
20Avq
Qəzetçini qəzetsiz təsəvvür etmək, balığı susuz təsəvvür etmək kimi bir şeydir. Elə biz də 7 il beləcə susuz balıq kimi yaşadıq.
2005-ci ilin isti avqust günləri kollektivimiz üçün çiçəkli bahara döndü. Rayon qəzetinin ikinci həyatı başladı, uzun fasilədən sonra onun çapı bərpa olundu. 13 il əvvəl o zamankı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin otağında kollektivi-miz bir yerə toplaşanda, hamı-mız həyəcanlıydıq. Bu, sevinclə yanaşı, həm də məsuliyyət hissindən doğan həyəcan idi.
Artıq geriyə baxmaq, görülmüş işlərə qiymət vermək olar. Özümüzdən əvvəl işə, əlbəttə, bu qiyməti oxucular verir. Daha ətraflı »
Teqlər: Digər
20Avq
(DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)

Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20Avq
Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayan qəbilələrdən biridir. Çünki onların dilində cəmi 26 söz var.
Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekabr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
Yaponiyanın bəzi yerlərində kişilərə belə hüquq verilir ki, əgər gecələr onun arvadı xoruldayırsa, onu boşaya bilər. Burada qadının xoruldaması valideynin qızını pis tərbiyə etməsi əlaməti kimi qiymətləndirilir
Yaponiyada qadın kişinin arxasınca gəlməlidir, kişidən qabağa keçməyə ixtiyarı yoxdur.
Şimali Amerikanın bəzi xalqlarında (hindularda), habelə İndoneziyada, Okeaniya adalarında başqa qəbilədən qız alan kişi həmin qızın evinə getməlidir. Daha ətraflı »
Teqlər: Digər
10Avq

Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə 35 mənzilin, 136 avtomobilin açarlarını təqdim etdi.
Mərasimdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.
* * *
Tərtər rayonunda da bu qəbildən olan insanlara daim böyük diqqət və qayğı göstərilir. Son 5 il-də rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bir 6 mərtəbəli, 54 mənzilli yaşayış binası və 14 ədəd isə fərdi ev tikilib onların istifadəsinə verilmişdir.
Teqlər: Sosial
10Avq
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2018-ci il.
Teqlər: Sosial
10Avq
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Rəcəbli kəndində keçirildi.
Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kənd haqqında məlumat verdi. Bildirdi ki, Sarov kənd İnzibati Ərazi Dairəsi 5 kəndi–Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazisi 1411 hektar, təsərrüfatların sayı 527, fərdi yaşayış evlərinin sayı 368-dir.
Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
10Avq
Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Daha ətraflı »
Teqlər: Xəbərlər
10Avq
Azərbaycan Respublikasının Gənclər Fondu Tərtər rayonunda cəbhəyanı rayon və şəhərlərdə yaşayan gənclərlə görüş keçirib.
Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond haqqında məlumat veriblər və bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin cəmiyyət həyatının əsas dinamik qüvvəsi olmasından danışıblar.
Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar