Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Mar

    Tərtər rayonunun Azadqaraqoyunlu kəndində Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verildi.
    Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə SEDA-nın Gəncə-Qazax regionu üzrə direktoru Günay Zeynalova açdı. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öncə tədbir iştirakçılarını Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibəti ilə təbrik etdi, onlara əmin-amanlıq, ruzi-bərəkət və firavan həyat arzuladı. Ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. Yem emalı müəssisəsinin istifadəyə verilməsinin Azadqaraqoyunlu kəndi ilə yanaşı ətraf kəndlərin sakinlərinin də heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını qeyd etdi.
    İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verdi. Digər çıxış edənlər və kənd sakinləri yeni yem emalı müəssisələrinin istifadəyə verilməsini kənd sakinlərinin heyvandarlıq və əkinçilik fəaliyyətinə müsbət təsir göstərəcəyini, baha olmayan qidalı yem çatışmazlığını aradan qaldıracağını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.