Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,533
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek
    Digər DOSTLUQ HAQQINDA üçün şərhlər bağlıdır

    Namərdlə dost olma, yaman gündə atar səni.
    Dostunu dar gündə sına.
    Dost-dosta tən gərək, tən olmasa gen gərək.
    Dostunun damına çıxma, torpaq tökulər.
    Unutqanlı adamla dost olma.
    Çörək dostu olma, ürək dostu ol.
    Roma imperiyasının böyük sərkərdəsi Antey torpağa çox bağlı adam olub. Onun təlimçiləri Anteyi torpaqdan aralayanda, qüvvədən düşür. Bu sirri heç kimə açmırlar. Odur ki, Anteyi basılmaz qəhrəman bilirlər.
    Namərd dostun olunca, yağı düşmənun olsun.
    Namərdi özümə mən dost eylədim,
    Yolunda canıma mən qəsd eylədim.
    Söyüddən bağ saldım, piyvəst eylədim,
    Almasın, heyvasın, narın görmədim. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Şəkililər gülürlər üçün şərhlər bağlıdır

    1111Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
    –Oğlan, siz bu kənddənsooz?
    Oğlan:
    –Mən bu kənddənəm, eşşək Şəkidən.
    Lütvəli:
    –Artıq benzinin varmı?
    Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
    –Nolu göstərir.
    ***
    Qarınqulu ehsandan o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur: Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Qabrovoluların zarafatları üçün şərhlər bağlıdır

    image_1951Qabrovolu bir qoca evinin damını təmir eləyəndə, ayağı sürüşüb yıxılar. Pəncərənin yanından keçəndə arvadını səsləyib deyir:
    –Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
    ***
    Bir qabrovolu qayınanası üçün başdaşı sifariş vermək istəyir. Ustanın yanına gəlib deyir:
    –Mənə elə başdaşı lazımdır ki, həm ucuz olsun, həm də qəşəng.
    Usta üstü yazılmamış hamar bir daşı göstərir:
    –Bu daşın qiyməti yüz levdir. Mərhumun adını yazmaq üçün səndən 50 lev alacağam.
    Qabrovolu ustaya yüz lev verib deyir:
    –Ad yazmaq lazım deyil, qayınanam savadsızdır, oxuya bilməyəcək.
    ***
    Qabrovolu Sofiyada oxuyan oğlunu görməyə gələndə oğlan özünü öyüb dedi:
    –Ata, bu gün on stotinq qənaət etmişəm.
    –Sağ ol, oğlum, bir ətraflı danış görək. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Digər Molla Nəsrəddinin lətifələri üçün şərhlər bağlıdır

    111.Bir gün Molla Nəsrəddin axşam yatırmış. Birdən çöldən səs gəlir. Üşüməsin deyə belinə yorğan bürür. Molla çölə çıxır, sonra evə qayıdır. Birdən görür ki, yorğan yoxdu. Arvad deyir. Molla, o nə səs idi? Molla dedi:
    –Dava yorğan davasıdır.
    ***
    Bir gün Molla Nəsrəddin itini itirir. Görür ki, qızla oglan söhbət edir.
    –Oğlan:
    –Mən sənin gözlərində dünyanı görürəm.
    Molla:
    –A bala, ordan bax gör mənim itim hardadı.
    ***
    Bir gün Molla Nəsrəddin dükana gedir. Satıcıdan soruşur:
    Bu kartofun qiyməti neçəyədi?
    –Səninçün 4 manat. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Yeni il şənliyi keçirilərkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır üçün şərhlər bağlıdır

     

    Təqvim ilinin dəyişməsi – Yeni il bayramı dünyanın müxtəlif xalqları üçun ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu, yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

    İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı şox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək çox vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər kı, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür! Daha ətraflı »

    Teqlər:

  • 20Dek

    Digər üçün şərhlər bağlıdır

    91_1462395600Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

    Heydər Əliyev

    Teqlər:

  • 20Dek
    Tərtər RİH-də TƏRTƏRLİLƏR ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNİ EHTİRAMLA YAD ETDİLƏR üçün şərhlər bağlıdır

    DSC_7586 (Копировать)DSC_7716 (Копировать)Tərtərlilər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad etdilər. Minlərlə rayon sakini Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etdi.
    Tədbirin davamı Heydər Əliyev Mərkəzində oldu. Əvvəlcə iştirakçılar dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular, sonra onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış-lıq oldu. Bundan sonra tədbir iştirakçıları “Dəyirmi masa” arxasına keçdilər. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on dörd il keçir. Əbədiyaşar Prezidentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Sosial Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Uşaq–Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilmiş, təhsil müəssisələri və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram: Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər TƏRTƏR RAYONUNUN 11 KƏNDİNDƏ İCRA OLUNAN İÇMƏLİ SU LAYİHƏSİ UĞURLA YEKUNLAŞIB üçün şərhlər bağlıdır

    DSC_7904 (Копировать)Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda 11 kənddə icra olunan layihələr uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş tədbir İsmayılbəyli kəndində keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, cəbhə bölgəsi olan Tərtər rayonunun problemləri həmişə respublika Prezidentinin diqqət mərkəzində olub. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
    “Azərsu” ASC-nin direktor müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər TƏRTƏRDƏ QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    DSC_71933 (Копировать)Bu günlərdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə 1100 nəfər könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
    Aksiyada 201 nəfər qan verib. Daha ətraflı »

    Teqlər: