MÜƏMMALI QƏTL
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
Böyük Vətən müharibəsi illərində misilsiz şücaətlər göstərib. General-mayor hərbi rütbəsinə yüksəlib.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Daha ətraflı »


QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ
Yaranma tarixi-27.01.1934-ci il. Ərazisi-960 kv.km. Əhalinin sayı-103,6 min nəfər (1 yanvar 2018-ci il.) Əhalinin sıxlığ 1 kvadratkilometrə 108 nəfər (1 yanvar 2018-ci il) Şəhərlərin sayı–2. Qəsəbələrin sayı-1. Kəndlərin sayı-74. Bələdiyyələrin sayı–25. İqtisadi rayon-Yuxarı Qarabağ. Tərtər rayonu ilə Bakı arasında olan məsafə -332 km.
Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. 
Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Yeni ismarıclar