14Mar
Ata-babaların yolunu davam etdirərək, torpağa qayğı ilə yanaşan, onun hər nazını çəkən tərtərlilər bu baharın gəlişini alnıaçıq, üzüağ qarşılayıblar. Bütün sahələr üzrə bol kənd təsərrüfatı məhsulları istehsal olunub. Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pambıqçılıq sahəsində tərtərlilərin təcrübəsinin yayılmasını tövsiyə edib.
Abadlıq, quruculuq işləri də uğurla davam etdirilib. Tarix-diyarşünaslıq muzeyi, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilib, 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub, 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə fərdi evlər tikilib.
Tərtərlilərin fəxr etməyə, öyünməyə haqqı var. Amma bu, heç kəsi arxayınlaşdırmır. Hamının fikri, arzusu ölkə başçısının diqqət və qayğısına cavab olaraq, daha məhsuldar işləməkdir.
Bahar günəşi ilə birgə oyanan kənd sakinləri tarlalara çıxıb, cari ilin məhsulu üçün bünövrə qoyurlar. Oyanan torpağa qarışan alın təri ruzi-bərəkətə çevriləcək, çəkilən zəhmətin bəhrəsi kimi əkinçiləri mükafatlandıracaq.
Yurdumuza xoş gəlmisən, bahar! Qədəmlərin uğurlu olsun. Xoş müjdələrlə sevindir bizi!
“Yeni Tərtər”
Teqlər: Milli-mənəvi dəyərlər
14Mar
QARADAĞLI KƏNDİ

Rayonumuzda və eləcə də kəndlərdə sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun əsas və başlıca səbəbləri rayon icra hakimiyyəti başçısının kəndlərdə vaxtaşırı keçirdiyi səyyar görüşqəbullardır. Belə görüşlərdə kənd sakinlərinin bir çox problemləri elə yerindəcə öz həllini tapır.
Növbəti görüşlər rayonumuzun Qaradağlı kəndində keçirildi. Həmişəki kimi yenə də səyyar görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisələrin müdirləri, Qaradağlı, Təzəkənd və qonşu Kəngərli kənd-lərinin sakinləri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədov açdı. Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında ətraflı məlumat verdi. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
14Mar

Tərtərli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifələrdə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətlərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
Bu fikirlər rayonumuzda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Süfrə arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan qa-dınlar, şəhid anaları, ağbirçəklər iştirak edib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
14Mar
Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Qurultayda Mətbuat Şurasına üzv 106 təşkilatdan 241 nümayəndə iştirak edib.
“Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova da nümayəndə kimi qurultayda iştirak edib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
14Mar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər ərazisində yerləşən N. saylı hərbi hissəsinin yaranmasının 26-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.
Hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçusu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə naziri Zakir Həsənovun təbrik məktubunu hərbi hissənin şəxsi heyətinə oxuyub. Daha ətraflı »
Teqlər: Xəbərlər
14Mar

Bu günlərdə Qızıl Aypara cəmiyyəti yaranmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.
Sonra tədbir Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon bölgəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan bölmənin sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etdi və görülən işlərdən danışdı. Bildirdi ki, hazırda QAC Tərtər bölməsinin 35 nəfər üzvü var. Burada cəmiyyətin hər bir üzvü üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
Yığıncağa Etibar Heydərov yekun vurdu.
Teqlər: Digər
14Mar

Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »
Teqlər: Səhiyyə
14Mar

KƏNDDƏ NOVRUZ BAYRAMI Tofiq YUSİF
Axşamın sevinci od tutub yanır—
Bayram tonqalları qanada dönür.
Birinin istəyi oddan tullanır,
Bütün kənd uşağı inada dönür.
Nə yaxşı bir ümman el yığnağından
Bu sısqa çeşməmsiz yaşayır hələ!
Qorxmasa o yanda yıxılmağından
Tonqaldan hoppanar qocalar belə.
Bu gecə sözlərə sığal çəkilər,
Açılar gənclərin küsü düyünü.
Bir qızı yorubdu «bir az gözlə»lər,
Xınaya bükəcək bayram gününü. Daha ətraflı »
Teqlər: Mədəniyyət
14Mar
Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Bizim digər bayramlarımızdan fərqli olaraq bu bayramı biz ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu, bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək, Novruz təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramıdır.
Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəslə–Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. Isti ölkələrdən ölkəmizə qayıdan quşların nəğməsi ətrafı bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi-bağlarımızı bəzəyir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
14Mar

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu, yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin sınmış yumurtalarını özünə götürür.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar