Mehriban və bağışlayan Allahın adı ilə!
Heç bir kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün quruluşlarda cəmiyyətdə gənclərin rolu ən əsas yerlərdən birini tutmuşdur. Sonuncu və bəşəri din olan İslam dinimizdə də əsas üstünlük gənclərə verilir. İslam tarixində oxuyuruq ki, sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) vacib toplantılarda gəncləri də danışdırar və onların qiymətli fikirlərini qəbul edər, tələsik qərarları isə qəbul etməzdi.
Azərbaycan adlı kiçik dövlətimiz lap qədim zamanlardan həm dost və həm də düşmənlərinin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, gözəl Vətənimiz İpək yolunun əsas hissələrindən birini təşkil edir. Buna görə də bu günün cavanları olan vətəndaşlar daim elm dalınca getməli, cəhalətdən, nadanlıqdan qətiyyətlə uzaq durmalıdırlar. Altıncı imam Cəfər Sadiq (ə) (700-775) buyurur: “Mən istəyirəm ki, siz müsəlman gəncləri hər vaxt iki halda görəm; ya elm öyrənən, ya da elm öyrədən. Daha ətraflı »
-
19YanMilli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
19YanKənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır
QIŞLAMA ÜÇÜN NORMAL ŞƏRAİT YARADILIB
Bu yazı çapa hazırlanan dövrdə rayonumuzun təsərrüfatlarında 27 min 139 baş iri mal saxlanılır. Onların 11 min 929 başı ana inəklərdir. Bundan başqa təsərrüfatlarda 70 min 558 baş qoyun, keçi bəslənilir.
Bu sahədə çalışan qabaqcıl fermerlərdən biri Eldəniz Əliyevin başçılıq etdiyi “Tufan” MMC-də 67 baş iribuynuzlu mal-qara, 1591 baş qoyun-keçi bəslənir. Fermer Murad Paşayevin təsərrüfatında isə 418 baş qoyun bəslənilir. Belə iri heyvandarlıq kompleksindən biri də Bəyimsarov kəndində fermer Habil İsmayılovun rəhbərlik etdiyi təsərrüfatdır. Kompleksdə 300 baş Hol-landiya cinsli mal-qara var.
Burada bəslənən malların 150 başı sağılandır. Malların çoxaldılması həm süni mayalanma, həm də təbii üsulla həyata keçirilir. Hər gün təsərrüfatdan Bərdə Süd Emalı Zavoduna 2,5-3 ton süd göndərilir. Burada soyuducu anbar da var.
Adları yuxarıda qeyd olunan fermerlərin mal-qara bəsləmək üçün müasir tipli kompleksləri var. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19YanKənd təsərrüfatı TİNGÇİLİK GƏLİR MƏNBƏYİDİR üçün şərhlər bağlıdır
Təsərrüfatın yaxşı gəlir gətirən sahələrindən biri də tingçilikdir. Bizim Ələsgərli, Bayandur və Yenikənd kəndlərində əksər insanlar əsasən ting əkib becərir, onları calayır, sonra ilin payız, qış fəsillərində tingləri bazara çıxarıb satırlar. Tingçilikdən, calaqçılıqdan yaxşı qazanc götürür, ailə büdcələrini bu hesaba möhkəmləndirirlər.
Ələsgərli kəndində Əbil Əliyevi hamı yaxşı təsərrüfatçı, işgüzar bir əmək adamı kimi tanıyır. İxtisasca aqronomdur. Hər il 3 hektar sahədə ting əkir, calayır və becərir. Bu ailə ata-babadan tingçiliklə məşğul olub. İndi də bu peşəni ailənin böyük oğlu Əbil davam etdirir. İşlərin görülməsində ona bütün ailə üzvləri kömək edirlər.
Əbil hər il həyətyanı torpaq sahəsində 80-100 min müxtəlif növ ağac tingi becərir. Bu tinglər içə-risində müxtəlif növ meyvə, yaşıl dekorativ bəzək ağacları, Eldar şamı, zeytun, badam çoxluq təşkil edir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10YanDigər üçün şərhlər bağlıdır
Azərbaycanı işıqlı gələcəyə aparanlar
Teqlər: Digər
-
10YanDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Müstəqim Səyyad oğlu 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
Müstəqim Məmmədovu bu münasibətlə təbrik edir, ona məsul işində uğurlar və cansağlığı diləyirik. Arzu edirik ki, 2018-ci ildə əldə etdiyi müvəffəqiyyətlərin sayı daha da artsın.“Yeni Tərtər”çilər
Teqlər: Digər
-
10YanTərtər RİH-də TƏRTƏRLİLƏR 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNÜ VƏ YENİ İLİ BÖYÜK COŞQU İLƏ QARŞILADILAR üçün şərhlər bağlıdır
Bu münasibətlə Heydər Əliyevin adını daşıyan şəhərin Mərkəzi meydanında izdihamlı bayram tədbiri keçirildi. Yeni ilin atributu olan uca şam ağacının ətrafına tərtərlilərlə birlikdə rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlər, torpaqlarımızın keşiyini çəkən igid əsgərlərimiz toplaşmışdılar. Üzlərdə sevinc, razılıq, şadlıq ifadəsi vardı. Axı, yola saldığımız 2017-ci il çox əlamətdar hadisələrlə yadda qaldı, rayonumuzun tarixinə unudulmaz səhifələr yazdı. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
-
10YanDigər TƏŞƏKKÜR MƏKTUBU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova!
Salam! Mən çoxdan idi Tərtər şəhərinə gəlmirdim. Bu günlərdə Sizin şəhərdə oldum. Deyirlər, abad kənd tüstüsündən bilinər. Gəncə–Tərtər istiqamətində yolların keyfiyyətli çəkilişi məni sevindirdi. Binaların dam örtüyünün yenisi ilə əvəz olunması, şəhər daxilində olan küçələrə asfalt döşənməsi təqdirəlayiq haldır. Məni sevindirən hallardan biri də o idi ki kəndlərdə əhali yolun qarşı tərəfinə keçmək üçün piyada zolaqlarından istifadə edir. İnanılmaz idi. Allah sizdən razı olsun. Təşəkkür edirəm.Rövşən Rəhimov
Teqlər: Digər
-
10YanDigər TƏBRİK üçün şərhlər bağlıdır
Hörmətli Tofiq müəllim!
Sizi 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı–“Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların yerinə yetirilməsində Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət arzulayıram.
Qoy üzümüzə gələn illər həyatımıza yeni nəfəs və təravət bəxş etsin.
Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
Hörmətlə: şəhid gizir Aydın Abdullayevin atasıƏmirsoltan Abdullayev
Bakı şəhəriTeqlər: Digər
-
10YanXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər HƏMYERLİMİZ, AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD ELMAN HÜSEYNOVUN AİLƏSİNƏ BAKIDA 3 OTAQLI MƏNZİL VERİLDİ üçün şərhlər bağlıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarında təmir etdirilmiş 33 ədəd mənzil Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə təqdim edilib.
Həmin binadakı 3 otaqlı mənzillərdən biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsinə təqdim edilib.
Milli Qəhrəmanın oğlu Emin Hüseynov bununla bağlı ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib: “Mən öz adımdan, ailəmiz adından cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu işdə əziyyəti, əməyi olan hər kəsə təşəkkür edirəm!”“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar