Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidəyə gül-çiçək dəstələri qoyaraq, Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar–o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu öndərin təbirincə desək: “Veteranlar bizim canlı arxivimizdir”.
    Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Onların problemlərinin həlli, həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
    Bu gün bu siyasi kurs ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Hər il olduğu kimi, bu il də Prezidentin sərəncamı ilə müharibə iştirakçılarının və onların dul qalmış arvadlarına birdəfəlik maddi yardım göstərilmişdir.

    Prezidentin bu sərəncamından Tərtər rayonunda 84 nəfər yararlanmışdır. Onlardan iki nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, on beş nəfəri həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxs, 67 nəfəri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarıdır.
    Qeyd olundu ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq, əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər.
    Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir.
    Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon prokuroru Şıxəli Alməmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Sarıcalı kənd tam orta məktəbin VI sinif şagirdi Davud Mehdiyev veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
    Sonda veteranlara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və ərzaq payı təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.