Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.
    Konstitusiyaya görə din dövlətdən ayrıdır və bütün dinlər bərabərdir. Konstitusiya eyni zamanda fərdlərin öz dini etiqadlarını ifadə etmək və dini ayinləri icra etmək hüququnu müdafiə edir, bir şərtlə ki, bunlar ictimai asayişi və ya ictimai mənəviyyatı pozmasın. Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Məsələn, Konstitusiyanın 7-ci maddəsində göstərilir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsanın ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.
    Bu gün Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir. Siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir və qanunun aliliyi prinsipi təmin edilir. Ölkəmizdə müxtəlif dini konfessiyalar sərbəst fəaliyyət göstərir.
    Hazırda Azərbaycanda 1300 məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycanda pravoslavlıq–rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Həmçinin, 11 molokan icması da fəaliyyət göstərir.
    Azərbaycanda mövcud olan dini mərkəz və idarələr Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur.
    Ölkəmizdə bütün dinlərə hörmət və ehtiram olduğu kimi, səmavi islam dininə də xüsusi diqqət və qayğı vardır. Bu qayğı ulu öndərin gəlişi ilə əlaqədardır.
    Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Təzəpir”, “Bibiheybət”, “Nardaran” məscidlərinin, Naxçıvan “Came” məscidinin, Şamaxı “Cümə” məscidinin, Gəncə “Şah Abbas” məscidinin, Şəki “Cümə” məscidinin, “Mirmövsüm ağa ziyarətgahı”nın, Gəncə imamzadəsinin, Bərdə imamzadəsinin və başqalarının yenidən təmir-bərpa edilməsi səmavi islam dininə olan hörmət və ehtiramdan irəli gəlir.
    Məlumdur ki, məscid insanın ruhən rahatlıq tapdığı yerdir. Bu müqəddəs yer həmçinin, insanın özünü təhlükəsizlikdə hesab etdiyi məkan olmuşdur. Bəzən məscidlərin qəzalı vəziyyətdə olması insanların təhlükəsizliyi üçün böyük təhdidə çevrilirdi. Azərbaycan dövləti hər zaman yararsız vəziyyətdə olan ibadət məkanlarını sökməyə deyil, yenidən bərpa olunmasını təmin etmişdir. Bizim Tərtər “Cümə” məscidi də yenidən qurulmuş, bərpa edilmiş məscidlər sırasındadır. Ölkə rəhbərinin qayğısı sayəsində 2015-ci ildə əsaslı təmir olunaraq, din adamlarının ixtiyarına verildi. 2018-ci ildə dövlət tərəfindən məscidə xidməti avtomobilin verilməsi dövlətin dinə göstərdiyi qayğının bariz nümunəsidir.
    Bu gün dini ayinlərin icrasına, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir. Dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradılmışdır. Bu qayğıya görə bütün dindarlarımız adından ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

    Sadiq CƏFƏROV,
    Tərtər “Cümə” məscidinin imamı və dini icmanın sədri

    Müəllif: Redaktor, 09:39

İsmarıclar bağlıdır.