Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Borsunlu kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinlənildi.
    Kənd ağsaqqalları Qədir Hüseynov, Şəmistan Hüseynov, sakinlərdən Seymur Xəlilov, Məhərrəm Məmmədov, Qənimət Qasımov və başqaları çıxış edərək əvvəlcə “Sarov–Borsunlu” avtomobil yolunun əsaslı təmirinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər. Sonra suvarma suyuna olan ehtiyac, kənd məktəbi üçün yeni bina tikilməsi, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşların sosial müdafiəsi və maddi rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən məsələlərdən danışdı və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:15

İsmarıclar bağlıdır.