Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Apr

    Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
    Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
    BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
    “Azərbaycanın müharibə bölgəsinə edilən bu səfərdən çox təsirləndim. Burada gördüyüm hər şey çox duyğulandırıcıdır, amma mən ən çox bu uşaqların öz bacarıqlarını artırmaq, öyrənmək və irəliləmək istəklərini görəndə heyran qaldım və eyni zamanda şad oldum”, deyə Filip Roş bildirib.
    BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina öz təcrübəsi, karyerasında təhsilin nə qədər mühüm rol oynadığı barədə danışıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Qasımov da fikir bildirib.
    BAMF, Bakı Britaniya Məktəbi, ADA Universiteti tələbələrinin və “BISO” Bakı Beynəlxalq Tələbə Klubunun üzvləri tərəfindən toplanmış paltar və oyuncaqlar uşaqlara paylanılıb.

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.