2017-ci ilin noyabrın 28-də Tərtərə səfəriniz, burada Tarix-Diyarşünaslıq Muzeyinin, Tərtər–Seydimli–Qapanlı– Qaradağlı–Sarov–avtomobil yolunun, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışlarında iştirak etməyiniz, Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olmağınız Sizin bölgələrin inkişafına göstərdiyiniz hədsiz qayğının təzahürüdür.
Möhtərəm cənab Prezident!
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər ürəkdən bəyənir və dəstəkləyirlər.
Xüsusən də 2017-ci ildə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər rayonumuzun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bunun nəticəsidir ki, vacib bir məsələ kimi qarşıya qoyduğunuz pambıqçılığın inkişafı nəticəsində Tərtər rayonu ötən il respublikada ən yüksək məhsuldarlıq əldə etmişdir. Bu tədbirlər ölkəmizi daha qüdrətli etməklə yanaşı, sadə kəndlilərin güzəranını da yaxşılaşdırır. Daha ətraflı »
-
09FevTərtər RİH-də 2017-ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
09FevTəhsil “TƏHSİLDƏ KEYFİYYƏT İLİ” üçün şərhlər bağlıdır
Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə 2017-2018-ci tədris ili respublikamızın bütün ümum-təhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan edilmişdir. Cari dərs ilinin əvvəlindən respublikamızın hər yerində olduğu kimi, Tərtər Rayon Təhsil Şöbəsində də “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmışdır.
Bununla bağlı hər bir məktəbdə maarifləndirmə işləri aparılmış, görüləcək işlərə dair tədbirlər planı hazırlanmış və Təhsil Şurasında müzakirə edilmişdir.
Rayon məktəbləri üzrə buraxılış imtahanlarının nəticələri, son 3 ildə ali məktəblərə qəbulun vəziyyəti, ayrı-ayrı fənlər üzrə təlimin keyfiyyət göstəriciləri təhlil olunmuş, məktəblərin reytinq cədvəlləri hazırlanmışdır. Daha ətraflı »Teqlər: Təhsil
-
09FevXəbərlər FÖVQƏLADƏ HALLAR NAZİRİ TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər rayonundakı Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09FevXəbərlər BAMF-ın AMERİKANIN DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRDİYİ MƏCBURİ KÖÇKÜN GƏNCLƏRLƏ BAĞLI LAYİHƏYƏ YEKUN VURULUB üçün şərhlər bağlıdır
Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09FevXəbərlər RAYONUMUZDA “KİTABXANA ÇAY EVİ” FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır
Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və şəhər kitabxanalarında “Kitabxana çay evi” fəaliyyətə başlayıb.
“Kitabxana çay evi”nin yaradılmasında məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucuların, xüsusən yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi, onların mütaliəyə marağının artırılmasıdır.
“Kitabxana çay evi” oxucuların böyük marağına səbəb olub.Teqlər: Xəbərlər
-
09FevXəbərlər GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır
Rayonda Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbirin davamı rayon Mədəniyyət Mərkəzində olub.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq, gəncləri bayram münasibəti ilə təbrik edib. Sonra dövlətimiz tərəfindən gənclərimizə göstərilən qayğıdan ətraflı bəhs olunub, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon gənclərinin sosial-iqtisadi inkişafda tutduqları fəal mövqedən geniş söhbət açılıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09FevDigər Xocalı soyqırımı–tarixin qara ləkəsi üçün şərhlər bağlıdır
XOCALI FACİƏSİNDƏN 26 İL KEÇİR
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən silahlı nəzarətə götürülüb.
Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib.
Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
İnsanlığa qarşı bu cinayətləri törədənlərdən hələ də bir nəfər belə saxlanılmayıb. Daha ətraflı »Teqlər: Digər
-
09FevDigər ŞƏHİD XOCALI üçün şərhlər bağlıdır
Bir vaxtlar doğma yurdum Azərbaycanın dilbər guşəsi olan Qarabağda Xocalı adlı bir məkan var idi. Bu məkanın da zəhmətkeş, qurub-yaradan, vətənpərvər sakinləri var idi. Ancaq əfsuslar… Əfsuslar olsun ki, bu yurdun sakinlərinin alın yazısı qara imiş!…
Odlar yurdu Azərbaycanım əlverişli mövqeyə, yeraltı və yerüstü sərvətlərə malik bir ölkədir. Elə bu səbəbdəndir ki, doğma yurdum olan Azərbaycan tarixən qonşu dövlətlərin gözündə “yağlı tikə” kimi görünüb. Xüsusilə ilə də acgöz və qəddar ermənilərin gözləri zaman-zaman bizim torpaqlarımızda olub. Dünyanın hər yerinə səpələnmiş bu yurdsuzyuvasız millət həmişə onun-bunun süfrəsində yemiş, qarnını doyurmuş, sonra isə kəsdiyi duz-çörəyi tapdalamışdır. Bu millətin xisləti budur. Bu xislət özünü bir daha Xocalı faciəsində göstərdi.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xəyanətkar ermənilər və rusların 366-cı motoatıcı alayı Azərbaycanın dilbər guşələrindən biri olan Xocalıya hücum etdilər. Daha ətraflı »Teqlər: Digər
-
09FevDigər XOCALI QAN İÇİNDƏ üçün şərhlər bağlıdır
Dünya qara rәngә boyanmışdı o gecә. Baş-başa dayanan ulduzlar da yoxa çıxmışdı. Gecәnin zülmәt baxışlarından gizlәnәn ay da görünmәz olmuşdu.
Әlif Xocalı tәyyarә limanının dispetçer mәntәqәsindә oturmuşdu. Sәһәrdәn qanı qara idi–һeç cür Bakı ilә әlaqә yarada bilmirdi. Ümidini Ağdama bağlamışdı. Kömәk gözləyirdi. Vertolyot meydançasına nәzәr saldı. Ürәyi sıxıldı. Uşaqlarını, ailәsini xatırladı. Elә qəribsədi ki, әlacı olsaydı özünü onlara yetirәrdi.
Ratsiya ilә Ağdamı çağırdı. Cavab gәlmәdi. Dilxor olub qol saatına baxdı. Yeddiyә işlәyirdi. Qarlı dağlara, bir dә ermәni kәndlərindәn keçən yollara nәzәr yetirdi. Öz-özünә dillәndi:
–Qadınları, uşaqları, qocaları çıxartmış olsaydıq…
Soyuq tәr basdı Әlifi.
–İnsafsızlar vaxtında kömәk etmәdilәr. Bәs, bu camaatın taleјi necә olacaq?
Bir xoş xәbәr eşitmәk niyyәti ilə Xocalı icra һakimiyyәtiin başçısı Elman müәllimә zәng etdi:
–Bakı ilә әlaqә yarada bilmirәm. Ağdam da cavab vermir. Sәһәrdәn otaqdan çıxmamışam. Daha ətraflı »Teqlər: Digər
-
09FevDigər CANLI ŞAHİDİN KÖVRƏK XATİRƏLƏRİ üçün şərhlər bağlıdır
“Xocalı faciəsindən 26 il ötsə də, hər dəfə fevral ayı gələndə sanki o dəhşəti, müdhiş gecəni, qırğınları yenidən yaşayırıq” –deyən Xocalı sakini Yaqub Zamanovla söhbət edirik. Deyir ki, xeyli müddət idi ermənilər rus qoşun birləşmələri ilə birlikdə Xocalı kəndini müharisədə saxlayırdılar. 1992-ci ilin 25-dən 26-a keçən fevral gecəsi sanki hər şeyə son qoydu. Əllərində heç bir silah olmayan kənd sakinləri çarəsiz qalmışdılar. Qəflətən hücum başlayanda sanki insanların üstünə güllə, mərmi yox, dolu yağırdı.
Həmin gecə həm də bərk qar yağmış, şaxta düşmüşdü. O anda insanların gözünə heç nə görünmürdü. Nə ev-eşik, nə var-dövlət. Dinc əhali canlarını götürüb qaçmağı qənimət bilirdilər. Ayağı yer tutan kənddən qaçıb meşəyə üz tuturdu. Hər kəs çalışırdı ki, kafirlərin əlinə keçməsin. Onlarsa rast gəldikləri xocalıları güllələyir, başını kəsir, qadınlara, uşaqlara min-bir əzab-əziyyət verirdilər. Sən demə, kəndlə meşə arasındakı kolluqlarda puşqu qurub, əllərinə keçənləri öldürür, girov götürürdülər. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar