Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    Bir cəmiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.
    Mən bütün müəllimlərimi çox istəyirəm. Ən çox sevdiyim fənn isə tarixdir.
    Tarix dərsini bizə Elçin müəllim öyrədir. Tarixi bilmək bizim borcumuzdur. Hər ölkənin keçmişi onun tarixidir.
    Mən fəxr eləyirəm ki, Elçin müəllim kimi bir müəllim mənə tarix dərsi deyir.
    Onun üçün hər zaman öndə olan vətəndir. Elçin müəllim dərsi o qədər gözəl izah edir ki, sanki o hadisələrin içindəsən. Mənim və sinif yoldaşlarımın hər birinin ona böyük hörmətimiz var.
    Hər bir insan vətəni sevməli, tarixini bilməlidir. Çünki tarix keçmişlə gələcək arasında bir bağdır.

    Mirzə BAXŞALIYEV,
    Tərtər şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi

    DƏRS ƏLAÇISI VƏ FƏAL İCTİMAİYYƏTÇİ

    Amin Qasımov 3 saylı şəhər orta məktəbin beşinci sinif şagirdir. Yaşının az olmasına baxmayaraq, artıq rayonda çoxları bu istdadlı oğlanı yaxşı tanıyır. Ona görə ki, fəaldır, ictimai işlərdə yaxından iştirak edir, həm də dərslərini yaxşı oxuyur.
    Amin həm məktəbdə, həm də rayon miqyasında keçirilən müxtəlif tədbirlərdə maraqlı çıxışları ilə diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə və 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimlərdə iştirakına görə Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əvvəl isə oxuduğu məktəbin di-rektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
    Amin həm də musiqini çox sevir. Musiqi məktəbində tar sinifində təhsil alır. Tarda ifa etdiyi hər yeni mahnının ilk dinləyicisi isə çox sevdiyi nənəsi Gülxar xanımdır. O, Amindən ötrü yalnız nənə deyil, həm də yaxın sirdaş, sevimli müəllim və əziz dostdur.
    Gülxar müəllim müstəqil Azərbaycanın bütün uşaqlarını, o cümlədən Amini ən uca zirvələrdə gormək istəyir. İnanırıq ki, bu, belə də olacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:55

    Teqlər:

İsmarıclar bağlıdır.