Yunis Hüseynov, tarix üzrə fəlsəfə doktoru 1918-ci il mart soyqırımı
Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın 100 illiyi 2018-ci ilin martında tamam olmuşdur. Bu soyqırım uzun illər araşdırılmamış, səbəb və nəticələri xalqdan gizli saxlanılmışdır. Sovet hakimiyyəti bu barədə danışmağı yasaq etmişdi. Hətta ermənilərin qanlı cinayətinin canlı şahidləri olan minlərlə insana haqsız olaraq divan tutulmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımıza tutulan haqsız divanların olduğu kimi dünya ictimaiyyətinə çatdırılması sahəsində olduqca böyük işlər görülmüşdür. Bu iş indi də davam etdirilir.
Soyqırım haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci il tarixli fərman vermiş və fərmanda baş verən soyqırımlarının səbəb və nəticələri hərtərəfli şərh olunmuşdur. Ulu Öndər həmin fərmanda martın 31-ni azərbaycanlıların soyqırımı günü elan etmişdir.
Azərbaycanda milli-demokratik hərəkatın başlanması, Müsavat partiyasının xalq arasında nüfuzunun artması erməniləri qorxuya salmışdı. Ona görə də onlar “Müsavat” partiyasına qarşı düşmən mövqedə dayanmışdılar. Əsas məqsəd “Müsavat”ın sosial bazasını və Bakı şəhərinin müsəlman əhalisini məhv etməkdən ibarət idi. Əlbəttə, ermənilərin məqsədi “Böyük Ermənistan” yaratmaq idi. Daşnaklar bu sahədə Azərbaycanın tarixi-etnik torpaqlarını hədəf seçmişdilər.
Daşnaklar məkrli niyyətlərini həyata keçirmək üçün Birinci Dünya müharibəsinin müxtəlif cəbhələrindən beş min erməni əsgərini Bakıya gətirmişdilər. Bakıda “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70 faizi ermənilərdən ibarət idi. Tərkibi, əsasən, ruslardan ibarət olan Xəzər dəniz donanmasının matrosları arasında da azərbaycanlıların əleyhinə təbliğat aparılmışdı. Şamaxıda və Muğanda da ehtiyat hərbi hissələr yaradılmışdı.
Bu işlərin fəal iştirakçısı olan H.Əsriyants sonralar qeyd edirdi ki, 1918-ci ilin fevralında T.Əmirov bizi çağırıb bildirdi ki, S.Şaumyan və A. Caparidzenin tapşırıqlarını yerinə yetirməliyik. S. Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal olacaq, bu xəbərdarlıq siqnalından sonra biz hücum edib, “Müsavat”ın qərargahını tutmalı idik və belə də oldu.
Təxribat törətmək məqsədi ilə martın 30-da Bakıda İnqilabi Müdafiə Komitəsi yaradıldı. Bu komitəyə S.Şaumyan başçılıq edirdi. Martın 30-da axşam saat 5-də onun şəxsi göstərişi ilə atəş səsləri eşidildi. “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilk atəşdən sonra Bakı Sovetini müdafiə etməyə başladılar.
1918-ci il mart faciəsi belə başlandı və üç gün davam elədi. Bu milli qırğın günlərində bir-birinə nifrət edən siyasi partiyalar vahid cəbhədə birləşdilər. Sənədlərdə qeyd edilir ki, martın 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirildi. İclas vaxt itirmədən əhalini qırmaq haqqında qərar qəbul etdi. Bu hərbi silahlı quldurlara A.Mikoyan başçılıq edirdi. O Mikoyan ki, şərəfsiz ölümünə kimi Kremldə yüksək vəzifələrdə olmuşdu… Erməni silahlı qüvvələri xüsusi tapşırıqlarla Bakının məhəllələrinə göndərilir və Azərbaycan əhalisini kütləvi surətdə qırmaq əmri alırdılar. Əhalini qorxutmaq üçün qadınlara, qocalara, cavanlara qarşı ən ağır cinayətlərə əl atırdılar… 1918-ci il martın 31-də İçərişəhərin alınması hərbi əməliyyatı başlandı. Əməliyyata ermənilər başçılıq edirdilər. Üç gün ərzində (30 mart –1 aprel) qətl və qarətlərdən sonra 15 mindən çox azərbaycanlı öldürüldü.
Azərbaycanlı əhaliyə qarşı soyqırım törədən erməni qüvvələrinin formalaşdırılması, silahlandırılması Erməni Milli Şurasının sədri A. Çulxəndyanın adı ilə bağlıdır. Onun təşəbbüsü ilə Rusiyanın tərxis olunmuş əsgərlərindən silahlar dəyər-dəyməzinə alınıb, daşnaklara verilirdi. 1918-ci ilin ilk aylarında erməni hərbi dəstələri özlərini sərbəst aparır və istədikləri nalayiq hərəkətləri edirdilər. Bu isə gələcək soyqırıma hazırlıq idi. Azərbaycanın müstəqilliyi uğrunda ilk qan məhz Bakı şəhərində töküldü. Tarixi sənədlər araşdırılarkən aydın olur ki, daşnak qüvvələrin mart soyqırımını törətməkdə məqsədləri o idi ki, Azərbaycan əhalisini fiziki cəhətdən məhv etsinlər, onun mənəviyyatına son qoysunlar.
Azərbaycanlıların soyqırımı Bakı ilə məhdudlaşmadı. Daşnak qüvvələri Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Kürdəmirdə, Salyanda, Qarabağda və başqa qəzalarda da soyqırım törətdilər. Aprel ayında Şamaxı əhalisinə qanlı divan tutuldu. Mart ayının birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan bura qoşun, toplar, pulemyotlar və çoxlu sayda hərbi sursat gətirilir. Canlı qüvvənin əksəriyyəti ermənilərdən ibarət idi. Bu cinayətkar hissəyə S. Şaumyandan göstəriş alan S.Lalayan başçılıq edirdi.
S.Lalayanın quldur daşnak dəstələri martın 15-də səhər tezdən Şamaxıya hücum edərək azərbaycanlıların yaşadıqları əraziləri şiddətli top atəşinə tutdular. Onu da xüsusilə deməliyəm ki, mart soyqırımında Şamaxı qədər dəhşətli zərbələrə məruz qalan ikinci bir bölgə təsəvvürə gəlsin. Şamaxı torpağında törədilən qətl və talanların bir çox sahələri hələ də tam açılmamış qalır.
Haşiyə. Aprel ayının 2-də Şamaxıda baş verən qanlı hadisələri öz gözü ilə görmüş ərəb taciri və səyyahı Ləl Üzeyir qeydlərində yazmışdı: “Burda insanları dilsiz-ağızsız və köməksiz gördüm. Şamaxı tənhalıqda alışıbyanırdı. Ermənilər az güllə atırdılar. Onlar qorxu və hay-küylə insanları bir yerə toplayır və sonra onlardan ocaq qalayırdılar. Müəllif sözünə davam edərək qeyd edir: “Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə qadınların diri-diri yandırıldıqlarını görürdüm”.
Şamaxı soyqırımı haqqında xarici ölkələrin və o cümlədən də, Azərbaycan Respublikasının Dövlət Arxivində çoxlu sənədlər var. Həmin sənədlər ermənilərin vəhşiliklərini özündə əks etdirir. Ermənilərin Şamaxıda törətdikləri əməllər onların mənəviyyatlarını, əxlaqsızlıqlarını, ləyaqətsizliklərini və alçaq ünsür olduqlarını sübut edir.
Şamaxı soyqırımını özündə əks etdirən tarixi sənədlərin birində göstərilir: “Şamaxıda 1918-ci il martın 21-də Cümə məscidində fəaliyyət göstərən “Quran məktəbi adlı müsəlman dini qrupuna divan tutuldu. Dini qrupun başçısının iki ayağı kəsildi. Dilini ağzından çıxarıb doğradılar”. Bu vəhşilik S.Lalayanın göstərişi ilə törədilmişdi”. O, Şamaxıda çox qanlar tökmüşdür. Azərbaycanın ziyalılarını təhqir etdikdən sonra onları qətlə yetirmişdi.
Haşiyə. Bir erməni S.Lalayanın qanlı əməllərinin birini belə qəiəmə almışdı: “Şamaxıda qırğın törədən S.Lalayanın quldur silahlı dəstələri duma deputatı Məmməd Əliyevi ələ keçirdilər. Ona əmr edildi ki, diz çöksün. Lakin Məmməd Əliyev diz çökmədi. S.Lalayanın əmri ilə ilk gülləni onun oğluna vurdular. Deputatın ikinci oğlunu tuta bilmədilər. S. Lalayanın əsgərləri Rusiyanın Dövlət Dumasına seçilən azərbaycanlı deputatı döyə-döyə, təhqir edə-edə güllələdilər”.
S.Lalayan Şamaxı şəhərində azərbaycanlıların qiymətli əşyalarını da qarət etmişdi. Şamaxılıların 124 kiloqram zərgərlik məmulatını, 2500 qədim xalçanı və digər qiymətli əşyaları ələ keçirib satmışdır. Quldur S.Lalayan 1918-ci il noyabr ayının 21-də ingilis generalı Tomsonun əmri ilə həbs edilib, Gəncə həbsxanasına göndərildi və noyabr ayının 23-də it kimi orda öldü.
Şamaxı soyqırımı zamanı Bakı Sovetinin qoşunları 72 kəndi dağıtdılar. 10341 nəfər azərbaycanlını öldürdülər. Əhaliyə o dövrün qiyməti ilə bir milyard manatdan çox maddi ziyan dəydi.
Mart qırğınından sonra Şamaxı şəhəri uzun müddət özünə gələ bilmədi. Hadisələrdən sonra Şamaxıda 15 min nəfər əhalinin 80 faizindən çoxunu azərbaycanlılar təşkil edirdisə, 1921-ci ildə onların sayı 1700 nəfərə enmişdi.
Quba qəzasında soyqırımı törədən quldurlar S.Şaumyan tərəfindən geniş səlahiyyətlər almışdılar. Onlara S.Şaumyanın sağ əli olan Hamazasp başçılıq edirdi. Ermənilər aprel ayında Quba qəzasında 122 müsəlman kəndini dağıtdılar, 16672 nəfəri qətlə yetirdilər. Onlardan 387 nəfəri yəhudi idi. Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni daşnak dəstələrindən böyük ziyan çəkmişdilər. Daşnak birləşmələri mart qırğını zamanı Bakı quberniyasından sonra Azərbaycanın başqa ərazilərini də ələ keçirmək istəyirdilər. Ermənilər Lənkəran qəzasında 40 kəndi dağıdaraq 13 mindən çox insanı öldürdülər.
Mart qırğını ərəfəsində İrəvan quberniyasında Andronikin və Dronun quldur erməni dəstələri 300-dən çox azərbaycanlının yaşadığı kəndi yandırıb, 100 minlərlə azərbaycanlını öldürdülər və əmlaklarını qarət etdilər.
Mart-aprel aylarında daşnakların rus bolşevikləri ilə birlikdə azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımın 100 illiyi tamam olmuşdu. Bu siyasi akt indi də davam edir. Xocalı soyqırımı erməni ünsürlərinin öz himayədarları ilə birlikdə törətdikləri vəhşiliyin parlaq nümunəsidir. Ermənilər həmişə xalqımıza qarşı soyqırımı aktını “böyük qardaş” larının fəal köməyi ilə törətmişlər. Bununla da ermənilər Sədi Şirazinin dediyi kimi:
“Erməni yer üzünün əhrəməni,
Ermənidir insanlığın düşməni”.
Erməni fırıldaqçıları hər il aprel ayının 24-nü özlərinin “genosid” günü kimi qeyd edirlər. Bu fırıldaq erməni rəhbərlərinin, erməni diasporunun uydurmasıdır. Tarixdə belə hadisə baş verməmişdir. Əgər erməni “genosid”i olsaydı, onda yer üzərində erməni qalmazdı.
Tarixi faktlar sübut edir ki, Birinci Dünya müharibəsi ərəfəsində dünyada mövcud olan ermənilərin sayı təxminən 3 milyon olmuşdur. Onların 100 mini Cənubi Qafqazda, 100 mini İranda, 400 mini Türkiyədə yaşayırdı. Ermənilər deyirlər ki, 1,5 milyon erməni Türkiyədə soyqırımına məruz qalıb. 400 min hara, 1 milyon yarım hara? Erməni fırıldağı burdan aydın görünür.
Erməni xisləti artıq dünyaya məlumdur. Qan tökmək, kiminsə torpağına, əmlakına göz dikmək onların qanlarına yerimişdir. Söz yox ki, ermənilər nə vaxtsa öz əməllərinə görə cavab verəcək və layiqli cəzalarını alacaqlar. Yaxşı bilirlər ki, onların dövlətçiliyi olmayıb. Bu, ünsürdə vətən hissi siyasi əlaqələrlə bağlı deyil. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Bu sözlər bir nəfər erməni tarixçisinin sözləridir. Mənə belə gəlir ki, bu fikrin izahına ehtiyac yoxdur. Ermənilər yaltaq, ikiüzlü və qorxaqdırlar, azadlıq hissi onlara yaddır. Köləliyə daha çox meyl göstərirlər.
Ermənilər unutmasınlar ki, Azərbaycan xalqının qisası dəhşətli olacaq…