Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşüləri Hüsənli kəndində oldu.
    Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kəndin sakinləri iştirak ediblər.
    Əvvəlcə kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Əsasən yeni subartezian quyularının qazılması, köhnəlmiş elektrik xətlərinin və naqillərin dəyişdirilməsi, suvarma suyu, icarəyə torpaq götürülməsi və digər şəxsi məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı və bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kəndin sakinləri əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:35

    Teqlər:

İsmarıclar bağlıdır.