Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Okt

    Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti və görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Buruc kəndinin 290 təsərrüfatı, 1165 nəfər əhalisi, 614 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.
    Hazırda tarlalarda pambıq yığımı gedir. Baramaçılığın inkişafı üçün 1500 ədəd tut tingi əkilib, 3000 m su arxları lildən təmizlənib, 2 km kəndarası, 1 km qəbristanlıq yolu təmir olnub.
    İcra nümayəndəsinin məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Asif Alıkişiyev kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, fasiləsiz işıq, qazla təmin olunuruq. Sonra ağsaqqal kənddə yeni müasir tipli məktəbin tikilməsinə, körpələr evi-uşaq bağçasının təmirinə ehtiyac olduğunu bildirdi.
    Sakinlərdən Nüşabə Misirova suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan subartezianın təmirinə, Məhərrəm Şamilov məktəbin qarşısından keçən asfalt yola yol nişanlarının qoyulmasına, Fizuli Yusifov suvarma kanallarının təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.
    Müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Qəbuldan sonra rayon rəhbəri Buruc kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

    Müəllif: Redaktor, 10:58

İsmarıclar bağlıdır.