1970-ci illərin əvvəli gəncliyimin qaynar vaxtına təsadüf edirdi. Həmin illərdə bu gün mənfur qonşularımızın qarşısını kəsdikləri Tərtər çayının təlatümlü axışı, qarşısına keçən hər şeyi yerindən qoparıb aparan vaxtları varıydı. Yaşadığımız evdə çayın şırıltısı aydın eşidilərdi. Gecələri laylaya, gündüzləri nəğməyə bənzədərdim. Saatlarla ona qulaq asmağa adət etmişdim… Daha ətraflı »
-
27FevƏdəbiyyat TƏRTƏR-ŞAİRLƏRİN İLHAM QAYNAĞI üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
20FevTərtər RİH-də 2018-ci İLİN YEKUNLARI NİKBİNLİYƏ ƏSAS YARADIR üçün şərhlər bağlıdır
Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
Bu barədə rayonda ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2018-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.
Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yenilənməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahələrində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.
Sonra icra başçısı görülən işlər barədə ayrı-ayrılıqda ətraflı məlumat verib, tikilən yeni obyektlərdən, çəkilən kəndarası asfalt yollardan, abadlaşdırılan küçələrdən, içməli su, qaz, işıq təminatından danışıb. (Hesabat məruzəsi qəzetimizin ötən sayında dərc olunub). Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20FevTərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20FevXəbərlər ATƏŞKƏS REJİMİ TEZ-TEZ POZULUR üçün şərhlər bağlıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20FevXəbərlər GƏNCLİK ÖMRÜN TƏRAVƏTİDİR üçün şərhlər bağlıdır

Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20FevXəbərlər ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi, onlara apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20FevTərtər RİH-də QONAQ SƏMİMİYYƏTLƏ QARŞILANIB üçün şərhlər bağlıdır
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan tədbirləri rayon rəhbəri ilə müzakirə edib.
Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə ciddi ziyan vurulduğunu bildirib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20FevXəbərlər ŞƏHİD RAFİQ NURİYEVİN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Bu günlərdə şəhər 6 saylı tam orta məktəbdə şəhid Rafiq Nuriyevin anım günü qeyd olundu. Anım günündə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
Əvvəlcə məktəbin həyətində Rafiq Nuriyevin adına düzəldilmiş xatirə bulağının üstündəki şəklin önünə al qərənfillər düzüldü. Sonra tədbir məktəbin iclas otağında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açdı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20FevTəhsil KÖVRƏK XATİRƏLƏR üçün şərhlər bağlıdır
Şəhid Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbində şəhidin anım günü qeyd olundu. Anım gününə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və media nümayəndələri toplaşmışdılar.
Öncə Sarıcalı kəndindəki “Şəhidlər abidə”si ziyarət olundu, önünə qərənfillər qoyularaq onların xatirələri ehtiramla yad edildi. Tədbir şəhidin adını daşıyan, oxuduğu məktəbdə davam etdirildi. Məktəbin təşkilatçı müavini–Gülnarə Muradova tədbiri açıq elan etdi, Dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »Teqlər: Təhsil
-
20FevDigər Xocalı soyqırımından 27il ötür üçün şərhlər bağlıdır
XOCALI HARAYI-ELİN HARAYI

1813-cü il Gülüstan və 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə əzəli yurd yerlərimizin bölünməsinin başlanğıcı qoyulmuşdur. 1828-1898-ci illərdə İrandan və Türkiyədən 1 milyon 200 min erməni köçürülərək İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Bu ərazilərdə məskunlaşdırılmış nankor ermənilər Rusiyanın havadarlığı və himayəsi nəticəsində “erməni vilayəti”ni yaratmağa nail oldular. Bu süni ərazi bölgüsünün yaradılması nəticəsində azərbaycanlıların doğma yurd yerlərindən qovulması və məhv edilməsi prosesi başlandı. Çox-saylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən 1905-1906; 1918-1920; 1948-1953-cü illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı terrorlar və qanlı qətliamlar həyata keçirmişlər. Daha ətraflı »Teqlər: Digər


Yeni ismarıclar