Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
    Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı…
    Bağbanın hənirtisi, qayğısı kəsilsə də, bu yaraşıqlı bağ öz gözəlliyində qalırdı. Sanki, sahibinin ruhu qarşısında öz borcunu ödəyirdi. Axı, o insan illərlə əziyyət çəkmişdi ki, bağ öz gözəlliyini heç vaxt itirməsin, daim möcüzəli qalsın.
    Vaxt gəldi tufan qopdu, güclü küləklər bu bağın güllərini kökündən qopararaq başqa bağlara atdı. Güllər düşdükləri yeni bağlarda bitməyə, köklərini bərkitməyə can atdılar. Möcüzəli bağda qalan yeganə ağac sahibinə sadiqlik göstərərək hər cür şaxtaya, tufana, yayın qızmar günəşinə dözdü, dayandı, qol, budaq atdı. Bar-bəhəri göz qamaşdırdı. Barının dadı, ləzzəti dillərə düşdü. Bu ağacın tənhalığına və gücünə heyrət edənlər oldu. Torpağın şirəsini canına çəkərək, bərkiyirdi, möhkəmlənirdi. Hər tərəfdən əsən küləklər onu qırmağa, sındırmağa çalışırdı. Tənha ağac dözürdü. Nə kökündən ayrı düşmək istəyirdi, nə də təbiətin amansızlığına boyun əyirdi. Bu dünyanın qovğasına sinə gərib, bağ sahibinə olan sadiqliyini yaşadırdı…

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:17

    Teqlər:

İsmarıclar bağlıdır.