07Yan
MÜSTƏQİLLİYİMİZƏ APARAN YOL
2026-cı ilin yanvar ayına qədəm qoymuşuq. Ölkəmizdə sabitlik, əmin-amanlıqdır. İgidlərimizin canı-qanı bahasına geri qaytarılmış torpaqlarımıza Böyük Qayıdış başlayıb. Şəhərlər, kəndlər tikilir, keçmiş məcburi köçkünlər yurd-yuvalarına dönürlər. Doğma Tərtərimizdə həyat qaynayır. İnsanlar rayon rəhbərinin başçılığı ilə müxtəlif sahələrdə işlərin yaxşı qurulması üçün əzmlə ça-lışırlar. İqtisadiyyatımız inkişaf edir, şəhər və kəndlərin siması günü-gündən gözəlləşir.Yollar abadlaşır.
Belə bir vaxtda 36 il əvvəl yanvar ayında baş vermiş hadisələri xatırlamamaq mümkün deyil.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Qeyd etmək lazımdır ki, o soyuq yanvar günlərində küçələrə çıxıb etiraz səslərini ucaldanlar arasında tərtərlilər də az deyildi. Əksəriyyəti Bakı şəhərində təhsil alan tələbələr idi. Onlardan biri -İrəvanlı İƏD üzrə icra nümayəndəsinin müavini, icra nümayəndəsi vəzifəsini icra edən Lətifə İbrahimova deyir: Daha ətraflı »
07Yan
2026-2027-ci tədris ilində DİN-in Polis Akademiyasında təhsil almaq arzusunda olan tam orta təhsil məktəblərinin buraxılış siniflə-rində oxuyan və ya tam orta təhsilli, 16-yaşdan 18 yaşadək ( cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) mülki gənclər sırasından namizədlərin müvafiq forma üzrə ərizələrinin 2025-ci ilin dekabr ayının 15-dən, 2026-cı ilin fevral ayının 22-dək Tərtər RPŞ-nin inzibati binasında hər gün ( bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək təqdim etmək olar.
Əlaqə telefonları: 022- 23-3-30-34, 050-451-77-99.
07Yan
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elman Səfərov küçəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar və yeni əkilmiş 150 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.
Bu cür tədbirlər ekologiyamızın yaxşılaşdırılmasına xidmət edir və şəhərimizi daha da gözəlləşdirir.
Son illərdə Tərtərin respublikamızın ən abad, təmiz və yaşıllığa qərq olmuş bölgələrindən birinə çevrilməsini nəinki tərtərlilər, şəhərimizin qonaqları da çox bəyənirlər.
Keçmiş hərbçi, Bakı şəhər sakini Heydər İbadov deyir:
–Mən özüm Bakıda doğulmuşam. Atam köhnə bakılıdır. 20 Yanvar hadisələrində rus ordusunun tanklarının qarşısını almaq istəyərkən yaralanan insanlardan biridir. Yolum tez-tez Tərtərə düşür. Qəhrəman şəhərin özü də, onun sakinləri də gözəldirlər. Yeni ildə onlara bol-bol uğurlar arzulayıram.
“Yeni Tərtər”
07Yan
Aşıq Yaşar Məhərrəmov 1978-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində doğulub. Hələ uşaq yaşlarından aşıq sənətinə həvəsi olan Yaşar Məhərrəmov aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilib. 200-ə yaxın saz havasını ifa edib. Unudulmaqda olan saz havalarına yenidən həyat verib. Aşıq Yaşar gənc olmasına baxmayaraq, artıq ustad aşıq kimi tanınırdı. O, həm də öz sənətini gənclərə böyük həvəslə öyrədirdi.Aşıq sənətindəki xidmətlərinə görə Azərbaycan Aşıqlar Birliyi tərəfindən təltif olunub.
Aşıq Yaşar ötən ilin dekabr ayında 47 yaşında vəfat etmişdir.
07Yan
Aşıq Yaşar Məhərrəmovun xatirəsinə
Təzə sevinirdi “qürbət” Kəlbəcər,
Canı söz Kəlbəcər, sənət Kəlbəcər.
Səni də itirdi cənnət Kəlbəcər,
Təbin bir də çətin qaynayar, daşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
Daha niskil dolu xatirən yaşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar. |
Sənət beşiyiydi əzəlin, binən,
Sərvət yatırıydı, doluydu sinən.
Daha dalğa-dalğa ucalan, enən,
Səsin nə zal görər, nə dağlar aşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar. |
Sənsiz kövrələcək söz, danışanda,
Təbiət dinəndə, yaz danışanda.
Aşıq sinəsində saz danışanda,
Gözlər hey dolanar, dillər hey çaşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
Şeir bal dadardı dil əzbərində,
Susdun, çox incilər batdı dərində.
Səni sevənlərin ürəklərində, |
Doğrultdun ustaddan xeyir-duanı,
El indi ruhuna deyir duanı.
Əziz xatirənə şeir duanı,
Hələ Talıb kimi çoxları qoşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
TALIB MƏMMƏDLİ
|
07Yan
Bu işdə ailə, məktəb, səhiyyə
sistemi və cəmiyyət bir olmalıdır
Uşaqlar və yeniyetmələr hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Onların sağlam böyüməsi, təhsil alması və psixoloji cəhətdən düzgün inkişafı üçün yaradılan şərait sabahın güclü cəmiyyətinin təməlidir. Lakin müasir dövrdə gənclərimiz müxtəlif zərərli vərdişlərin təsiri altına düşürlər.
Narkomaniya, tütünçəkmə və erkən nikahlar bu problemin başında gəlir.
Narkomaniya səssiz təhlükədir. Yeniyetmələr arasında narkotik maddələrə marağın artması narahatedici haldır. Bu, yalnız tibbi deyil, sosial problemdir. Bir çox hallarda gənclər psixoloji boşluq, ailə nəzarətsizliyi və mənəvi dəstəyin ol-maması səbəbindən bu yola sürüklənirlər. Nar-kotiklər bədəndə və beyində dərin izlər buraxır, gəncin təhsildən və normal həyat tərzindən uzaqlaşmasına səbəb olur.
Pis vərdişlərin yayılmasının qarşısını almaq yalnız bir qurumun işi deyil. Bu, ailənin, məktəbin, səhiyyə sisteminin və cəmiyyətin birgə səy-ləri ilə mümkün ola bilər. Uşaqlarımıza sağlam mühit yaratmaq, düzgün informasiya vermək və onları qorumaq bizim birbaşa borcumuzdur. Daha ətraflı »
30Dek
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalını qəhrəman Tərtərdə Yeni təqvim ilinin gəlişinə həsr olunmuş bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mənə təqdim etdi. Azərbaycan jurnalistlərinin əməyinə verilən yüksək dəyərə görə Qalib Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümü bildirir, sevimli Prezidentimizi və ailəsini bayram münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın gələcək inkişafı naminə müqqəddəs fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.
Medianın İnkişafı Agentliyinə, Azərbaycan Mətbuat Şurasına təşəkkür edirəm. Daha ətraflı »
Yeni ismarıclar