



Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.
Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla və rayon Polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramovla birlikdə İlxıçılar kəndində şəhid Səfiyev Allahverdi Səfi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Kovdadıq kəndində Vətən müharibəsi veteranı Quluzadə Müşviq Vüqar oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.


Sülhsevər, qüdrətli, möhtəşəm Azərbaycanımızın bir parçası olan qəhrəman Tərtər rayonu ildən-ilə daha da gözəlləşir. Sakinlərin həyat şəraiti yaxşılaşır, rayonun iqtisadi göstəriciləri yüksəlir. Cari ilin 6 ayı ərzində rayonda görülən işlərə nəzər yetirdikdə, bu əminlik daha da artır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılmasının dördüncü ili münasibəti ilə tədbir keçirilib.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Sağ sahil magistral kanalının ümumi uzunluğu 70.2 km təşkil edir.
Son zamanlar Tərtər şəhərində və kəndlərində yas mərasimlərində ehsan verilməsi sadələşdirilib. Lakin bəzi kəndlərimizdə bu qaydalara əməl edilmir. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinə dini baxımdan necə yanaşılır? Bu suala cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərova müraciət etdik.
İsmayılbəyli kəndinin bir qrup sakini rayon icra hakimiyyəti başçısına müraciət edərək yaşadıqları küçənin yoluna çınqıl tökülərək hamarlanmasını və ətrafının kol-kosdan təmizlənməsini xahiş etmişdilər.
Kəngərli kəndində əkin sahələrinin suvarılması işi-nin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı keçirilən görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Su Meliorasiya Sis-temlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov və qərargah üzvləri iştirak ediblər.
Tərtər Rayon İcra Haki-miyyəti başçısının qəbulu zamanı Qapanlı kənd sakinləri müraciət edərək Qapanlı arxının Əskipara kəndi ərazisindən keçən hissəsində kənd sakinləri tərəfindən suyun qarşısında qanunsuz bəndlər yaradılaraq suyun Qapanlı kəndinə verilməsinə maneçilik törədildiyini bildirib, müvafiq tədbir görülməsini xahiş ediblər.
Yeni ismarıclar