Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,985
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Mar

    Tərtər rayon Heydər Əliyev Mərkəzində 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə müxtəlif nəsilləri təmsil edən rayonumuzun fəal qadınları iştirak ediblər.

    Mərasimi Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın əziz xartirəsi bir dəqiqəlik sükutla yad edilib. Qadınları bayram münasibətilə təbrik edən Səlimə xanım bildirib ki, Azərbaycan qadını hər zaman vətənpərvərlik, sədaqət və fədakarlıq nümunəsi göstərmişdir. Qarabağ uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha Azərbaycan qadınlarının vətən sevgisinin şahidi oldu.

    Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarının cəmiyyətdəki rolunu yüksək qiymətləndirməsindən, müasir cəmiyyətimizdə onların millətin mənəvi sütunu olmasından danışıblar. Vətənimizin inkişafına Tərtər qadınlarının verdiyi töhfələr qeyd olunub.

    Tədbirdə Mərkəzin əməkdaşlarının 8 Mart Qadınlar Günü münasibətilə hazırladıqları videoçarxlar nümayiş etdirilib.

    Sonda bələdçi Əzizə Kərimova qadınlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.