Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,989
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Mar

    10 mart 2026-cı il tarixində YAP Tərtər rayon təşkilatının inzibati binasında təşkil olunan görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və partiya veteranları – Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi ərazi partiya təşkilat sədri Nəbiyev Əbilfəz Salman oğlu, Borsunlu ərazi partiya təşkilat sədri Orucov İlqar Məmməd oğlu və Partiya veteranı Əliyev Eldəniz Hüseyn oğlu iştirak ediblər .

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının veteranların dövlətə sadiqliyini yüksək qiymətləndirərək, onların rayonun ictimai-siyasi həyatındakı aktivliyinin vətəndaş-partiya münasibətləri üçün mühüm dayaq olduğunu bildirmişdir.

    Partiya veteranları Partiyanın yaradıldığı illərdən, keçdikləri şərəfli yoldan bəhs etmişlər. Göstərilən diqqətin onlara böyük mənəvi ruh verdiyini vurğulayıblar.

    Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yubilyarları təbrik edib, onların mənalı ömür yolu və rayonun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs edib. Yeni Azərbaycan Partiyasının ən çətin dövrlərində fədakarlıq göstərən bu insanların təcrübəsinin gənclər üçün böyük örnək olduğunu qeyd etmişdir.

    Görüşün sonunda yubilyarlara qiymətli hədiyyələr təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.

     

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.