Tərtər təhsilinin inkişafında böyük zəhməti olan Maarif İbrahimov dünyasını dəyişib. Maarif müəllim dolğun, maraqlı, bəzən faciələrlə, bəzən sevinclə dolu bir ömür yaşayıb. Bütün məqamlarda əqidəsindən dönməyib. O, daim öz üzərində çalışan, biliyini təkmilləşdirən insan olub. Bədii ədəbiyyata və mətbuata böyük maraq göstərib, bunlara dəyər verib. Bunu başqalarından da tələb edirdi. Onu tanıyanlar söyləyirlər ki, Maarif İbrahimovun ixtisası fizika olsa da, Azərbaycan dilini və ədəbiyyatını gözəl bilirdi. Təhsil şöbəsinin nümayəndəsi kimi məktəblərdə olarkən, fizika fənninin tədrisi ilə yanaşı, kitabxanaların işi, müxtəlif bədii tədbirlərin təşkili ilə maraqlanır, müəllimlərə dəyərli töv-siyələr verirdi. O, bizim rayon qəzetini də çox sevir, vaxtaşırı maraqlı məqalələrlə çıxış edirdi.
Hərtərəfli insan idi Maarif İbrahimov. Həm tələbkarlığı, həm də müsbət enerjisi ilə seçilirdi. Qısa bir söhbət zamanı da ondan nəsə öyrənmək mümkün idi. Daha ətraflı »
-
16AvqTəhsil Onun həyatda qalan izləri silinməyəcək üçün şərhlər bağlıdır
-
15Avqİdman Azərbaycan idmançıları bütün xalqı sevindirib üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul edib. Qəbulda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb.Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal.
Qeyd olunub ki, Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.
Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha ətraflı »
-
12AvqDigər Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib.Avqustun 9-da isə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.
Prezident İlham Əliyev çıxışında ötən il Tacikistan prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən sammitdə iştirakını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir:
“Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”. Daha ətraflı »
-
06AvqSəhiyyə “Talassemiyasız həyat naminə” üçün şərhlər bağlıdır

Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Daha ətraflı » -
06AvqKəndlərimiz MÜASİR KƏNDLƏRİMİZ: BURUC üçün şərhlər bağlıdır

Buruc rayon mərkəzinə ən yaxın olan kəndlərimizdən biridir. Buranın gözəl təbiəti var.
İnsanları isə qoçaq və zəhmətsevərdirlər. Hələ Sovet dönəmində Buruc kəndinin daxil olduğu keçmiş “Şəfəq” kolxozunun adı rayonda qabaqcıllar sırasında çəkilirdi. Dövlətə pambıq və digər kənd təsərrüfatı məhsulları satışında “Şəfəq” kolxozu yarış cədvəlinin birinci pilləsində yer alırdı. İndi isə kənd sakinləri öz pay torpaqlarında əkib-becərir, mal-heyvan saxlayırlar. Hazırda Buruc kəndi nəinki rayonumuzda, respublikada müasir infrastrukturu ilə seçilən yaraşıqlı və abad kəndlərdən biridir. Əhalinin sayı 1253-ə nəfərə çatıb. Kənd fasiləsiz olaraq elektrik enerjisi, mavi yanacaq və su ilə təmin olunur. Bura yeni internet xətti çəkilib. Kəndin 537 hektar ərazisi, 291 təsərrüfatı var. Ərazidə 1 məktəb, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti fəaliyyət göstərir. Kənd əhalisi əkinçilik və malıdarlıqla məşğul olurlar. Sakinlər 483 baş iribuynuzlu, 580 baş xırdabuynuzlu heyvan, 3120 baş quş, 92 arı ailəsi saxlıyırlar. Daha ətraflı » -
06AvqHərbi vətənpərvərlik AVQUST, KƏDƏR AYINDAN, SEVİNC VƏ QURUCULUQ AYINA ÇEVRİLİB üçün şərhlər bağlıdır


Bu ilin avqust ayını xalqımız yüksək əhval-ruhiyə ilə qarşıladı. Artıq biz işğal tarixlərini qeyd etmirik. Bütün dünya ilə bərabər işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin sürətini maraqla izləyir, Böyük Qayıdış prosesinə ürəkdən sevinirik.
Prezident İlham Əliyevin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və ikinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. İndi burada böyük quruculuq işləri görülür.
İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin rahat yaşaması üçün burada hər cür şərait yaradılıb. İş yerləri açılıb. Əhali Böyük Qayıdış prosesini sürətləndirmək üçün tikinti-quruculuq prosesində yaxından iştirak edir.
Cəbrayıldan sonra Füzuli düşməndən təmizləndi. Prezident İlham Əliyevin dediyi kimi, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı. Ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mü-hüm obyektlər inşa edilməkdədir. Daha ətraflı » -
06Avq
Rayon rəhbəri şəhid Mirzəli Rəşad Hafiz oğlunun babası Yunis Məmmədovun yas mərasimində iştirak edib
Xəbərlər Rayon rəhbəri şəhid Mirzəli Rəşad Hafiz oğlunun babası Yunis Məmmədovun yas mərasimində iştirak edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynovla birlikdə Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun babası Məmmədov Yunis Xanoğlan oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Rəşad Mirzəli 1995-ci ilin may ayının 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Hacıqərvənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı » -
06AvqKənd Təsərufatı Tərtər rayonunda heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır
Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
2024-cü il iyul ayının 1-nə Tərtər rayonunda 33283 baş qaramal, 42079 baş qoyun və keçi mövcud olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 4.1 faiz artmış, qoyun və keçilərin sayı 4.7 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2139 ton ət, 15273 ton süd, 6825 min ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 4.1 faiz, süd istehsalı 1.5 faiz, yumurta istehsalı 2.6 faiz artmışdır.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2024-cü ilin yanvar-iyun aylarında rayonda 955 baş inək və düyə süni yolla mayalandırılıb, 634 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmen-tal” cinslərdən olan buğaların toxumlarından istifadə edilir. -
06AvqKənd Təsərufatı 2024-cü ilin yanvar-iyun aylarında Tərtər rayonunda əsas kapitala 45.6 milyon manat investisiya yönlədilmişdir üçün şərhlər bağlıdır
2024-cü ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 45607,9 min manat həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz çox vəsait yönəldilmişdir.
İnvestisiyaların 42631,2 min manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyaların 43383,9 min manatı və ya 95,1 faizi dövlət mülkiyyətinə, 2224,0 min manatı və ya 4,9 faizi qeyri-dövlər mülkiyyətinə məxsus olmuşdur.TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ
-
06AvqSəhiyyə QƏHRƏMAN TƏRTƏRLİLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin ElmiTədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb he-yəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilmişdir .
Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha ətraflı »


Yeni ismarıclar