“Yeni Tərtər” qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy Sizin qələminiz həmişə qələbə ruhlu xəbərləri işıqlandırsın! Gözəl tarixdir. Bu tarix bütün nəsillərdən olan jurnalistlərin vətənpərvərliyindən xəbər verir. Fəxr edirəm ki, mənim taleyim də Tərtər rayonunun taleyi ilə bağlıdır. Yazın, ürəyinizin işığını insanlara çatdırın. Öz çörəyinizi bölüşün. İşinizi sevin, axı, o, hamı üçündür. Həmişə qorxmaz və sizə ən çox ehtiyac olan yerdə olun! Bütün kollektivə və baş redaktora müvəffəqiyyətlər və çətin yolunuzda inamla addımlamağı arzulayıram. Jurnalist yolunda!
Böyük hörmətlə:
Hərbi jurnalist,
Riçardas Lapaytis
Vilnüs-Litva


Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!
Əziz həmkarlar! Bu gün sizin üçün çox əlamətdar bir gündür. Bütün həyatınızı, yaradıcılığınızı sevə-sevə həsr etdiyiniz, yaşadığınız diyarın az qala hər gününü səhifələrində əks etdirdiyiniz, bu yolda rastlaşdığınız saysız-hesabsız çətinliklərə boyun əyməyərək işinizi davam etdirdiyiniz, son qəpiyinizi belə onun çapına həsr edərək onu yaşatdığınız “Yeni Tərtər”inizin 90 yaşı tamam olur. Bu hissləri bizlər də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çoxları buna dodaq büzərək “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə davam etdirib ki, bunu yalnız orada çalışanlar bilirlər.
Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir.
Bu gün doxsan yaşı tamam olan, qalib ölкənin, qalib bir xalqın əyalət qəzеti кimi dünyamızın bir varlığı, tariximizin bir mövcudiyyəti sayılan «Yеni Tərtər» qəzеtinin həyatında şad gündür. Bеlə əlamətdar, fərəhli bir gündə nə qədər sеvinir, nə qədər şadlanırıq.
Salam əmin-amanlıq diləyidir, salam gözəl bir duadır, dinimizin bir göstəricisidir. Müqəddəs kitabınızda belə, salamlaşmaq bizə əmr olunur. Odur ki, hörmətli “Yeni Tərtər” qəzetinin gözəl və mehriban kollektivi. Allahın salamı, xeyir-duası sizinlə olsun. Mən sizin redaksiyaya ilk gəldiyim gündən orada bir gözəllik, mehribanlıq gördüm. Bir məclisdə hörmətli Svetlana xanımla (Əzizova) həmsöhbət olduq və o xanım bir mütəxəssis kimi fikirlərimi çox bəyəndi. Mənə məsləhət gördü ki, bu düşüncələri, fikirləri kağıza köçürüm və redaksiyaya gətirdim. Dediyi kimi də etdim və beləcə neçə illərdir ki, redaksiyaya tez-tez getməyə başladım.
90 illik yubileyinizi təbrik edirəm. 90 il mətbuat salnaməsində özünə yer tutmaq böyük uğurdur. Tərtər rayonunun 90 illik dövrü qəzetin səhifələrində tarixin yaddaşında qorunub saxlanılır. Əvvəllər “Qızıl Bayraq” adlanan qəzetin 1981-ci ildə çap olunmuş nömrələrindən birində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin sonuncu kursunda oxuyanda mənim haqqımda “Qartal zirvədə uçar” başlıqlı böyük bir yazı çap olunmuşdu.O vaxtdan qəzetin daimi oxucularından biri oldum.
Hörmətli Svetlana xanım, imzanız ötən əsrin 70-ci illərindən mənə tanışdır. Bu gün də yaradıcılığınızı böyük maraqla izləyirəm. Respublika mətbuatında rus dilində çıxan yazılarınızı da oxumuşam. Əslində baxanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində eyni dövrdə təhsil almışıq. Qəzetdə işləyə-işləyə ikimiz də qiyabi təhsil almışıq. Məsələ ondadır ki, ali məktəbi Sizdən bir il sonra – 1976-cı ildə bitirmişəm.
Azərbaycanın mətbuat tarixində öz dəsti-xətti ilə seçilmiş “Yeni Tərtər” qəzeti 90 illik yubileyini qeyd edir. Bu münasibətlə nəşrin Baş redaktoru Svetlana Bağırovanı və kollektivini təbrik edir, ən xoş arzu və istəklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu qəzet Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət ruhunu aşılaması ilə geniş oxucu auditoriyası qazanıb. Qəzetin taleyüklü hadisələrə münasibətdə tutduğu obyektiv mövqe ona cəmiyyətin ən müxtəlif təbəqələrinin dərin rəğbətini formalaşdırıb.
Tərtər rayonunda nəşr edilən “Tərtər” ictimai-siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Svetlana xanım Bağırovaya.
Yeni ismarıclar