Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,556
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Dek

    ZƏFƏR UŞAQLARI

    Dağlardan enib gələn Şaxta Baba Tərtər şəhərini yeni bir libasda görüb sevindi. Meydanda quraşdırılan əzəmətli yolkanın çılçıraqları ətrafı işıqlandırırdı. Şəhər nura boyanmışdı, insanların üzləri də nurluydu.
    “Əvvəlcə uşaq bağçalarına gedib, balacaları sevindirim”, – deyə o, düşündü. Şəhərin mərkəzində yerləşən Umudlu körpələr evi-uşaq bağçasının yanından keçəndə, ayaq saxladı. Əvvəllər də burada olmuşdu. Ancaq son iki ildə olduğu kimi ürəkli gəlməmişdi.
    Onun səsini eşidər-eşitməz bağçanın qapıları açıldı və müəllimlərinin əhatəsində olan gözəl geyimli, şən uşaq-lar Şaxta Babanı qarşılamağa çıxdılar.
    Maşallah, Zəfər uşaqları necə də xoşbəxt olurlar! Əvvəllər də o, burada bəzənmiş yolka, hədiyyələr görürdü, ancaq böyüklərdə ruh yüksəkliyi olmadığı üçün, uşaqlar da sanki sönük görünürdülər.
    İndi isə… Uşaq bağçasının müdiri Zülfiyyə Orucova, tərbiyəçilərdən Nəcibə müəllim, Fəridə müəllim bildirdilər ki, uşaqlar kiçik olsalar da, biz onlarla Umudlu kəndi haqqında çoxlu söhbətlər aparmışıq. Bəziləri artıq valideynlərilə birlikdə Umudluda olublar. Yəqin ki, bu yolka ətrafında oynayan, rəqs edən, mahnı oxuyan uşaqların çoxu gələcəkdə öz kəndlərində yaşayacaq, təhsil alacaq, işləyəcəklər. Bu hiss çox qürurvericidir.
    Gördüyü mənzərədən Şaxta Babanın buz qəlbi isindi. Əriyəcəyindən qorxub, uşaqlara hədiyyələrini payladı və tələsik növbəti ünvana üz tutdu.

    İlahə PAŞAZADƏ

    Müəllif: Redaktor, 10:46

İsmarıclar bağlıdır.