“Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, vətən sevgisi ilə böyüsünlər.” Prezident İlham Əliyev
Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O, əbədi və əzəlidir. Vətən bizə əcdadlarımızdan, babalarımızdan yadigardır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” vətənə məhəbbət hisi ilə “yoğrulmalıdır”.
Vətən sevgisi ana südündən, ana laylasından başlayır. Əlbəttə ki, uşaqların vətənpərvərlik ruhunda formalaşmasında ailənin rolu çox böyükdür.Təbii ki, vətənpərvərlik hissi ailədən başlayır, bağçada, məktəbdə davam edir, cəmiyyətdə formalaşır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Uşaq ilk kəlmələrini evdən, ailədən öyrənir. Cəbhə bölgəsində olan, itkinin ağrısını yaşamış, hərbçi ailələrində böyüyən uşaqların düşüncəsində vətənpərvərlik hisi daha çox ön planda olur. Hansı ailədə ki, vətən sevgisi güclüdür, vətən mövzusu hər zaman diqqətdədir, o ailədə uşaq da vətən sevgisiylə böyüyür və formalaşır. Övladın necə yetişməsi ailədən asılıdır. Bağçada da bu işlər davam etdirilir. Çünki, uşaq bağçadan çox, anadan, atadan aldığı informasiyanı ürəklə qəbul edir.
Bağçaya gedən uşağa ilk olaraq Azərbaycan Himni, dövlət atributları öyrədilir. Elə ilk addımlar da buradan başlayır. Bu hissin aşılanması məktəbdə davam etdirilir. Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb-oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur. Daha ətraflı »







Məktəb vaxtı inşa yazardıq: Haradan başlanır Vətən?
Mehriban və bağışlayan Allahın adı ilə. Mənim 14 yaşım olarkən, gözəl Şuşamız dövrün hakimiyyət hərc-mərcliyinə görə və vahid Ordu komandanlığının olmaması səbəbi ilə mənfur ermənilər və havadarları vasitəsilə zəbt edildi. Və ardınca da digər uzun illər düşmən tapdağı altında qalmış ərazilərimiz əlimizdən çıxdı. Azərbaycanımızın Xocalı yarası almış ürəyinə bir də belə dağlar çəkildi. Düz 28 il o müqəddəs, o gözəl yurdumuza həsrətimiz başladı. 1994-cü ilin may ayından imzalanan atəşkəs razılaşmasından sonra bir sakitlik dövrü başladı. Əslində isə millətimizin yaxın zamanlarda azadlıq niyyətli bir hazırlıq institutu formalaşırdı. Bu illər ərzində neçə-neçə oğullarımız cəbhə xəttində mənfur düşmənlərin açdığı atəşlə şəhid edildilər. Nəinki hərbi qulluqçular, habelə örüşdə heyvan otaran insanlar, tarlasında çalışan dinc sakinlər və hətta azyaşlı uşaqlarımız o vəhşilərin gülləsinin qurbanı oldular. Ən təəssüflüsü də bu idi ki, özlərini dünyaya sülhsevər, demokratik, insanpərvər kimi tanıdan Avropa, ATƏT və s. gözləri önündə olurdu bütün bunlar. Dəfələrlə silahlı qarşıdurmalar oldu. 2014-2016-cı illərdə hər iki tərəfin itkisi ilə nəticələnən, hətta ağır artilleriyadan da istifadə edilən qısa müddətli döyüşlər baş verdi. Artıq ermənilər özlərinə necə arxayın idilərsə, əlimizdən yeni-yeni bölgələrimizi alacaqları ilə bağlı sərsəm ifadələr işlədirdilər. Artıq onlara hədlərini bildirməyin vaxtı çatmışdı. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən azadlığı mücadiləsi başlandı. Ali səviyyədə aparılan xarici siyasət, ordunun yüksək əhval-ruhiyyədə olması, xalqın bir yumruq kimi birləşməsi zəbtdə olan torpaqla-rımızın 44 günə azad edilməsi ilə nəticələndi.
1976-cı il. 22 iyun! Mən ilk dəfə doğma diyarımız olan Kəlbəcərə–Uca Tanrının bizlərə bəxş elədiyi möcüzənin–misilsiz müalicə ocağı – İstisuyun görüşünə gedirdim. Günəş şəfəqlərini yaymağa başlayanda mən artıq Ağdərəni keçmişdim. Heyranlıqla sağa-sola baxa-baxa təbiətin mənzərələrini seyr edirdim. Heyrətdən yanaşı əyləşdiyim yol yoldaşımla tanış olub ünsiyyət qurmağı da unutmuşdum. Maraqlı mənzərələr bir-birini əvəz edirdi. Sərsəng yolu, günəş işığına “tamarzı” dərələr, yaşıllığıyla göz oxşayan meşələr, axını ipə-sapa yatmayan Tərtər çayı… təbii ki, bu yerləri ilk dəfə görən hər kəs heyrətlənməyə bilməz. Avtobus irəlilədikcə daha maraqlı mənzərələrin şahidi olurdum, sıldırım qayaların vahiməli duruşunu gördükcə sanki indicə uçacağını zənn edirdim. Nəhayət, günorta olar-olmaz mənzilə çatmışdım. İstisuyun xoş təsir bağışlayan təbiətindən, saya gəlməz qədər əhalinin məmnunluğundan, qeyri millətlərin də bu ocağı tanıyıb istirahət və istifadə etmələrindən qürurlanmışdım.
Son zamanlar şəhərimizdə xeyli dəyişikliklər olub. Şəhər ərazisində yerləşən binaların qarşısında sakinlərin, uşaqların rahat çıxıb dincəlmələri, söhbət etmələri üçün söhbətkahlar düzəldilib. 2022-ci ildə ümumilikdə 7 ədəd söhbətgah tikilib. Nizami küçəsində yerləşən 40a, 40b, 40, 40q binalarının qarşısında 3 ədəd, V. Həsənov küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd, Ədalət Paşayev küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd söhbətgah tikilib istifadəyə verilib.
Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata bəyanat verib.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.


97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir.


Yeni ismarıclar