Haradan başlanır Vətən? Belə bir mahnının olduğunu da bilirəm. Öncə bu suala cavab vermək istəyirəm.
Vətən anadan başlayır. Onun dilindən başlayır. Vətən atadan başlayır. Onun nəsihətlərindən, öyüdlərindən başlayır.Vətən anlayışı bu qoşa qanadda təşəkkül tapır.
Bəs vətənpərvərlik? Vətənpərvərlik doğulduğum evdən başlayır. Bu evdən cığırlar ayrılır və sən o cığırlara düşüb böyük yola doğru addımlayırsan. Bəs bu cığırlarda nə var? Burda anamın üzümə toxunan nəfəsi var. Mənə laylay deyən dili var, nəvazişi, şəfqəti, mərhəməti var. Bu şəfqət, mərhəmət, xeyirxahlıq mənim yol yoldaşım olacaq.
Mənim insanlara münasibətim bu dəyərlərlə ölçüləcək. İnsana mərhəmət, torpağa, dilə sevgi. Canlı nə varsa, şəfqətimlə diriliş tapacaq.
Atamın öyüdləri, anamın şirin sözləri mənimlə olacaq və Vətənpərvər kimi yetişəcəm.
Vətənpərvərlik vətənə aid şeirləri əzbərləməklə bitmir. Pafosla vətən sevilmir.Vətən torpağına bir ağac əkməmisənsə və ya əkiləni qorumamısansa, becərməmisənsə, necə deyə bilərsən ki, mən bu ölkənin vətəndaşıyam, mən vətənpərvərəm. Tez-tez özünə sual ver. Mən bu Vətən üçün neyləmişəm, ya da nə etməliyəm sualını…..
Vətən mənə oğul desə. Məncə, vətənin sənə oğul deməyini gözləmə, sən daima hazır olmalısan. Vətənin dar günündə də, şad günündə də yanında olmalısan. Daha ətraflı »
-
11SenTəhsil Vətənpərvərlik kitabı… üçün şərhlər bağlıdır
-
11SenTəhsil YOLUMUZ QARABAĞADIR üçün şərhlər bağlıdır
Orta məktəbi müvəffəqiyyətlə bitirən 7 tərtərli gənc Qarabağ Universitetinin tələbəsi oldu
Bugünkü gənclər Qarabağı böyüklərin sözündən-söhbətindən tanıdılar və qəlbən sevdilər. 44 günlük Vətən müharibəsində qanlarıyla, canlarıyla bu sevgini sübut etdilər. Şəhid oldular, yaralandılar, ancaq düşməni şəhərlərimizdən, kəndlərimizdən qovdular və hər yerdə böyük qürurla, fəxrlə Azərbaycan bayrağını dalğalandırdılar. Şəhidlərimizin, igid oğulların qanı tökülən o torpaqlar hər birimiz üçün müqəddəsdir. Böyük Qayıdış başlayıb. Kimi Qarabağı ziyarət etməyə gedir, kimi qurub-abadlaşdırmağa, kimi isə təhsil ardınca. Qarabağ Universitetini seçən 7 nəfər tərtərli gənc kimi.
Emil Əhmədli, şəhər 6 saylı tam orta məktəbin məzunu
Emil 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir.
Deyir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını düşməndən tamamilə azad etdi, milyonların arzusunu həqiqətə çevirdi. O torpaqları abadlaşdırmaq, ermənilərin xaraba qoyduqları şəhər və kəndləri cənnətə döndərmək bugünkü gənclərin vəzifəsidir. Bundan ötrü oxumaq, savadlı kadr kimi yetişmək lazımdır.
Emil buraxılış imtahanlarından 274,4, ümumilkdə isə 595,9 bal toplayaraq Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə maliyyə ixtisası üzrə daxil olub. O, orta məktəbi qırmızı attestatla bitirib. Arzu edir ki, Universitetdə təhsil aldığı birinci il ingilis dilini yaxşı öyrənib, sonra təhsilini bu dildə davam etdirsin.
Emil deyir:
– Xarici dili öyrənməyimiz bizə dünyaya çıxışı təmin edəcək. İndiki dövrdə bu, çox vacibdir. Vətənimizə daha çox xeyir vermək üçün, biz dünya təcrübəsini öyrənməliyik.
–Atası Elşənin də fikirlərini öyrəndik. O dedi: Daha ətraflı » -
11SenDigər Bu barədə düşünmək lazımdır üçün şərhlər bağlıdır
UŞAQLARDA AQRESSİYA NƏDƏN YARANIR?
Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
Hər bir şeyin başlanğıcı ailədən gəlsə də, bəzən ətarf mühitin də zərərli tərəfləri uşaqlara təsir göstərə bilir. Xüsusilə uşaqların aqressiv olmaları tək ailəylə bağlı deyil. Bəzən biz analar bunu dərk edə bilmirik. Həyatın qovhaqovunda uşaqlarımıza lazımınca önəm verə bilmirik, onlarla bolluca zaman keçirə bilmirik. Çöldəki problemlərimizi evə qədər gətirib çıxarırıq və övladlarımız da buna şahid olur.
Bəzən isə bu, tək ailəylə, mühitlə bağlı olmur, sırf uşağın özüylə bağlı olur. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar onlar özlərini ifadə edə bilməyəndə də baş verir. Məsələn, hələ danışa bilməyən uşaq nəyisə deyə bilmir, başa salır, valideyn onu anlamayanda isə o əsəbləşir. Başlayır ağlamağa . Yaş sindromlarında da aqressiya özünü büruzə verir. Ən çox 3 yaş sindromunda bunu görürük. Bu yaşda uşaq daha çox öyrənməyə meylli olur. Uşağımızın marağı və bizim “olmazımız” arasında qarşıdurma yaranır. Biz valideynlər bunun həllini tapa bilmədikdə uşaqda qəzəb hissi yaranır. Belə olanda uşaq aqressivləşir. Yeniyetməlik yaş sindromları da bəzən bunlardan qaynaqlanır. Mühit dəyişkənliyi olanda da belə hallar olur. Bizim üçün adi gələn şeylər uşaqlar üçün bəzən ağır olur. Yaxın adamını itirməyin, ev dəyişmənin, nənə-babayla yaşayan bir uşağın birdən-birə onlardan ayrılmasının təsiri olur. Öyrəşdiyi əşyalar, evin qoxusu, təbii ki, bu, onu narahat edir. Əvvəl vərdiş etdiyi, oynadığı oyuncaqların yeri dəyişir və onu tapmayanda aqressivləşir, ətrafına, bəzən də özünə zərər verir. Başlayır oyuncaqlarını qırmağa və ya evdə hansısa əşayaya ziyan vurur. Bəzən valideynlərini dişləyir, çimdikləyir, qışqırır. Bu, bizə o qədər də ağır gəlməsə də, bir uşağın düşüncəsi üçün ağır olur. Daha ətraflı » -
11SenDigər Bizə yazırlar üçün şərhlər bağlıdır
Uşaqlar üçün yeni istirahət məkanı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
Həmçinin insanların vaxtlarının səmərəli keçməsi üçün binaların qarşısında söhbətgah, oturacaqlar, müxtəfil növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılır. Ötən günlərdə 4 nömrəli uşaq bağçasının və əlillərə inşa edilmiş binanın yanında uşaqlar üçün yeni istirahət məkanı salınıb. Burada uşaqların əylənməsi, oynaması üçün hər cür şarait yaradılıb. Buranın açılışı ən çox uşaqları sevindirir. Valideynlər bildirirlər ki, bizim küçəmiz şəhər mərkəzindən biraz uzaqdadır. Ona görə hər dəfə uşaqlarımızı oradakı parka apara bilmirdik. Bu məkanın yaradılması bizi bu problemdən azad etdi. Digər valideynlər də mənim kimi çox razıdırlar. Küçə sakinləri adından dövlətimizə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Əziyyəti keçən hər kəsə təşəkkür edirik.Nərgiz Şükürova
-
11SenDigər Problem həllini tapdı üçün şərhlər bağlıdır
Qəbiristanlıq hamının üz tutduğu bir məkandır. Ora aparan yol rahat olanda, insanlar da məmnun qalırlar.
Neçə vaxt idi ki, qəbiristanlıq yolunun pis vəziyyətdə olması kənd sakinlərini narahat edirdi. Yağışlı havada dəfn mərasimlərinin keçi rilməsində çətinlik çəkirdik.
Rayon rəhbəri kəndimizdə qəbul-görüş keçirərkən məsələni ona bildirdik və köməklik göstərməsini xahiş etdik. Tez bir zamanda problem həllini tapdı. Yol da rahat oldu, ziyarətə gedən insanlar da.Yasin Hüseynov,
İsmayılbəyli kəndinin sakini -
11SenXəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır
Tərtər-Suqovuşan avtomobil yolunun ətrafı təmizlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Suqovuşan avtomobil yolunun ətrafında təmizlik aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib. -
10SenDigər Azərbaycan və İtaliya strateji tərəfdaşlardır üçün şərhlər bağlıdır

Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı edib.Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub.
Bildirilib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.
Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Daha ətraflı »
-
02SenDigər Ulu Öndər Heydər Əliyev 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib üçün şərhlər bağlıdır
Milli dövlətçiliyimizə yeni nəfəs vermiş hadisə
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – Ulu Öndər Heydər ƏliyevAzərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.
Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Daha ətraflı »
-
29AvqHərbi vətənpərvərlik Şəhid və qazi ailələrinə qayğı hər kəsin borcudur üçün şərhlər bağlıdır


İllər ötür, I və II Qarabağ müharibələri bizdən uzaqlaşır. Ancaq döyüşlərdə qəhrəmanlıq göstərərək, canı-qanı bahasına xalqımıza xoş günlər bəxş edən insanlar və onların ailə üzvləri heç zaman yaddan çıxmır.
Rayon rəhbəri, ictimaiyyət nümayəndələri daim şəhid ailələrinin yanında olur, onların qayğı və problemləri ilə maraqlanırlar.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Şəmil Əli oğlunun anası Adilə Quliyevanın yas mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı veriblər.
Adilə ana düz 30 il oğul həsrəti ilə yaşamışdı. Oğlu Şəmil Quliyev Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmişdir. O, 1994-cü ilin yanvar ayının 7-də şəhid olub.
Şəmil ailəli idi. Şahin adlı bir oğlu var. Yaxınları deyirlər ki, oğul dərdi ananı çox üzürdü, lakin 44 günlük Vətən müharibəsindən sonra sanki bir təsəlli tapmışdı. Deyirdi ki, Şəmilin və onun kimi yüzlərlə şəhidin qanı yerdə qalmadı. Onların qisası alındı. Daha ətraflı » -
29AvqDigər 97 saylı dairə üzrə 3 nəfərin 18 yaşı seçki günü tamam olacaq üçün şərhlər bağlıdır
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsinin qızğın vaxtıdır. 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 6 namizəd də hazırda fəal təbliğat və təşviqat işləri ilə məşğuldur.
Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirdi ki, dairə üzrə 59 seçki məntəqəsi təşkil olunub. Onlardan 2-si işğaldan azad edilmiş ərazilərdə – Ağdərə şəhərində və Su-qovuşan qəsəbəsində yerləşir. Dairə üzrə seçici kimi qeydə alınan 506 nəfər ilk dəfə səs verəcək. 1116 nəfərin yaşı isə 80-100 arasıdır. Yaşı 100-dən yuxarı olan seçicilər də var ki, onların da sayı 7 nəfərdir. Həmçinin seçki günü 18 yaşı tamam olan 3 seçici ilk dəfə olaraq belə mühüm siyasi kampaniyada iştirak edəcək.
Həmid Mehdiyev onu da qeyd etdi ki, bütün seçki məntəqələrində lazımi hazırlıq işləri görülüb – siyahılar dəqiqləşdirilib, məntəqələr texniki avadanlıq və müvafiq təlimat materialları ilə təmin olunub, 9 məntəqədə vebkameralar quraşdırılıb, məntəqə seçki komissiyalarının üzvləri treninqlərdə maarifləndiriliblər.
Seçkiləri ayrı-ayrı siyasi partiyalardan və öz təşəbbüsü ilə 860 yerli müşahidəçi izləyəcək. Həmçinin siyasi kampaniyanın gedişinə beynəlxalq müşahidəçilər də nəzarət edəcəklər. Daha ətraflı »


Yeni ismarıclar