Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    Ülvilik, zəriflik və gözəllik rəmzi olan, ana adını daşıyan qadınlar ölkəmizdə hər dövrdə uca tutulmuşdur. Azərbaycan qadını istedadı, əxlaqi dəyərləri ilə digərlərindən hər zaman seçilib.
    Qadın dedikdə ilk öncə ağıla zəriflik gəlir. Ancaq qadın həm də möhkəm iradəyə, güclü xarakterə malikdir. O, övlad ya-nında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı olur. Ümumilikdə həyatı qadınsız təsəvvür etmək mümkün deyil. O sözü işlətdikə ana, vətən, torpaq ağıla gəlir. Bu gün qadınların gənc nəslin düzgün, sa-vadlı, vətənə bağlı böyüməsində rolu böyükdür.
    Vaxt keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınların cəmiyyətdə rolu artır. İctimai-siyasi, iqtisadi, mə-dəni həyatımızın iştirakçısıdır qadın. Çox vaxt ailədə də bütün qərarlar, ailənin idarə olunması qadınların çiynində olur. Ata ailənin maddi tələbatını ödədiyi halda, qalan mənəvi yüklər ananın üzərinə düşür. Övladların məktəb həyatı, böyüməsi onun nəzarəti altında olur, ailənin digər çətinliklərini də qadınlar çəkir. Məhz ona görə ana adı müqəddəsdir. Lap qədim zamanlardan ölkəmizdə qadına– anaya daim böyük ehtiram və hörmət edilmiş, namus, qeyrət rəmzi sayılmışdır.
    Qadınlar xarakter baxımından bir-birinə bənzəmirlər, ancaq onları birləşdirən bir ad var – ana adı! Analar fərqli olmur, onların istəkləri, arzuları, sevinc və kədərləri eyni olur.
    Müasir dövrümüzdə qadınların həyatı təkcə evlə bağlı deyil. Onlar dövlət işlərində də çalışırlar. Bugünkü dövrümüzün bütün sahələrində qadınların əməyini görmək olar. Qadınlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə heç də kişilərdən geri qalmırlar. Kişi və qadın hüququnun bərabərliyi digər ölkələrə nisbətən bizdə daha çox görünür. Azərbaycanın istər qanunvericiliyində, istərsə də adət-ənənələri baxımından qadınlar hər zaman qorunur. Demək olar ki, qadınlarımız öz hüquqlarını bilir və onları qoruyur. Müasir dövrümüzdə qadınlar təhsil almağa, öyrənməyə daha çox meyllidir. Kişilərlə eyni sahədə çalışırlar. Tək çalışmaqla kifayətlənmirlər, yeni-yeni kəşflər edirlər. Bir dövlətin qadını nə qədər savadlı, təhsilli olarsa, cəmiyyətə də o cür övladlar yetişdirər. Savadlı bir qadın, savadlı gənclik, nəsil, gələcək deməkdir.
    Azərbaycan qadınlara Şərqdə səsvermə hüququ verən ilk ölkədir. Onların hüquqlarının qorunması, təhsil almaları, şiddətə, zorakılığa məruz qalmamaları üçün dövlətimiz ilbəil yeni-yeni qərarlar qəbul edir. Maariflənmələri üçün hər cür imkanlar yaradılır. 18 yaşına çatmamış qızların nikaha cəlb edilməsi qəti şəkildə qadağan olunub. Qızları zorla nikaha salanları isə qanunvericiliklə cəzalandırırlar.
    Qadın sevgidir, sirdaşdır, məsuliyyətdir, gözəllikdir, qüdrətdir, cənnətdir, vətəndir. Gəlin bu varlıqları itirməyək, incitməyək. Unutmayaq ki, sizi də dünyaya gətirən, həyat verən, yeriməyi öyrədən bir qadındır. Hər birimiz ona borcluyuq.
    “Cənnət anaların ayaqları altındadır”.

    İlahə Paşazadə

     

    Müəllif: Redaktor, 08:27

İsmarıclar bağlıdır.