Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının yaranmasının 31 illiyi qeyd olunub.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon təşkilatının üzvlərini səmimi qəlbdən təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
    Rayon rəhbəri Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər nümayəndələrinin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs edib.
    Bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çətin tarixi dövrdə yaranması heç kim üçün sirr deyil. Partiyanın bugünkü inkişafı böyük səylərin, qətiyyətin nəticəsidir. Partiya sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması isə onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır.
    İcra başçısı o dövrdəki ictimai-siyasi durumdan, Azərbaycanın vətənpərvər və ziyalı insanlarının nicat yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördüklərindən, onların Ulu Öndərə müraciət ünvanlamalarından, müraciəti ünvanlayan məşhur “91-lər”in öz tarixi missiyalarını şərəflə yerinə yetirmələrindən danışıb.
    Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən 7 ay sonra YAP-ın iqtidar partiyasına çevrildiyini qeyd edib.
    Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və idarəetmə prinsiplərinə söykənərək müstəqil dövlətimizin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib.
    Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü səna-ye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.
    Bu illər ərzində Azərbaycan gücləndi, Ordumuz yenidən təşkil edildi. Nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun mütləq qələbəsi ilə yekunlaşdı. Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkə rəhbəri ata vəsiyyətini yerinə yetirdi.
    Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər DAİM-in direktoru Mehman Babayev, 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Könül Qurbanova, YAP veteranı Zakir Qurbanov YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyiblər. YAP-ın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbay-can Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulayıblar.
    Tədbirin sonunda YAP Tərtər rayon təşkilatı tərəfindən YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və rayonun ictimai – siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
    Tədbir YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.

    Müəllif: Redaktor, 11:58

İsmarıclar bağlıdır.