Sel təhlükəsinin qarşısı alınıb
Son illərdə müşahidə olunan iqlim dəyişikliyi insanları ciddi imtahana çəkir. Bir neçə gün davam edən istilərdən sonra yağan yağışlar ciddi fəsadlar yaradır, əhali sel təhlükəsi ilə üz-üzə qalır. Belə bir sel arxı bizim evimizin yaxınlığından da keçir. Fasiləsiz yağan yağışlar zamanı daşan sel suları evimizə və həyətimizə təhlükə törədirdi.
Rayon rəhbəri Müstəqim Məmmədovun kəndimizdə keçirdiyi səyyar qəbul-görüş zamanı vəziyyəti ona bildirdik.
Müraciətimiz əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin xüsusi texnikası vasitəsilə sel arxı təmizlənib.
Problemin vaxtında həll olunması nəticəsində sel sularının törədə biləcəyi fəsadların qarşısı alınıb.
Ələddin Qənbərov, Tərtər rayonu, Dəmirçilər kəndinin sakini