“O SƏHNƏLƏRİ ÖMRÜM BOYU UNUDA BİLMƏYƏCƏYƏM…”

Bu sözləri görüşümüz zamanı Xalidə xanım dedi.
Xalidə Budaqova 2004-cü ildən Müdafiə Nazirliyinin Tərtər Regional Məhkəmə Tibbi Ekspertiza Bölməsinin tərkibində hərbi tibbi sanitar işləyir. Bizim onunla ilk tanışlığımız 2009-cu ilin dekabr ayına təsadüf edir. Ehtiyatsızlıq qurbanı olan bir əsgərimizin nəşini şəriət qaydasıyla yola salmaq üçün bizə müraciət etmişdilər və axundumuz Hacı Sadiqlə Ekspertiza Bölməsinə getdik. Düzü, biz Xalidə xanımı orada görəndə təəccüb etmişdik. Etiraf edək, bir xanım üçün belə bir yerdə işləmək məsuliyyətli olduğu qədər də çox ağrılı və əziyyətlidir.
Bu arıqcüssəli xanımın özündən dəfələrlə böyük olan qəlbi rastlaşdığı insanların ona dərin hörmətlə yanaşmasına səbəb olur.
Xalidə Budaqova 31 mart 1971-ci ildə Azərbaycanın ən gözəl, səfalı guşələrindən olan Kəlbəcərdə dünyaya göz açıb. Sonralar ailəsiylə birgə Tərtərə köçüb. 2004-cü ildən, yəni çalışdığı vaxtdan üzübəri ermənilərlə bizim aramızda neçə döyüş baş veribsə, o, öz zəhmətiylə, yorulmazlığıyla qüsursuz xidmətini yerinə yetirib. Elə buna görə də dəfələrlə rəisləri tərəfindən fəxri fərmanlarla təltif edilib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsi tərəfindən “Vətən naminə” medalı da bu xanıma təqdim edilib. Daha ətraflı »


Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.
2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.
Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.
Bir il əvvəl – 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi.
I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədi, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
Yeni ismarıclar