Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Tərtərdə barama tədarükünə başlanılıb

    Baramaçılıq kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən biridir. Sovet dönəmində rayonumuzda bu sahədə xeyli təcrübə toplansa da, müstəqilliymizin ilk illərində insanların baramaçılığa olan marağı azalmışdı.
    Ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında son illərdə ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də kümçülərin işində dönüş yaranıb.
    Belə ki, “Azərbacan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonumuzda ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2023-ci illərdə 339 min 757 çəkil tingi əkilmişdir ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2016-cı ildə 1 ton , 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10.2 ton, 2019-cu ildə 18.3 ton, 2020-ci ildə 12.1 ton, 2021-ci ildə 13.6 ton, 2022-ci ildə 10.2 ton, 2023-cü ildə isə 14.8 ton barama istehsal olunmuşdur. Bu il isə kümçülərə 300 qutu ipəkqurdu verilib. 12 ton barama istehsalı nəzərdə tutulub.
    Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədarükün ilk günü barama qəbulu məntəqəsində olub, kümçülərlə görüşüb, müvafiq tövsiyələrini verib. Onlara məhsul yığımında uğurlar arzulayıb.
    Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 1905 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

    “YENİ TƏRTƏR”

     

    Müəllif: Redaktor, 09:51

İsmarıclar bağlıdır.