Komadan ayıldığı gün Qələbə xəbərini eşitdi

Sağlamlığını Vətən yolunda qurban verən daha bir torpaq fədaisi qonağımızdır – “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuş II qrup Vətən müharibəsi əlili Rəşad Məmişov. Söhbət edirik, xatırlanası çox şeylər var və hiss olunur ki, yaşadığı ağrı-acıların içərisində Rəşad sağlam ruhunu, Vətən, torpaq sevgisini qoruyub saxlaya bilib.
O deyir:
– Bizim nəsildən olan gənclərin qarşısında həmişə bir vəzifə dayanıb: Ana Vətənimizi darda qoymamaq, işğal altında olan torpaqlarımızı azad etmək 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə çağırılanda, məhz bu amalla yaşamışam. Xidmətim çox uğurlu keçdi. Həmin illərdə şahidi oldum ki, mən yaşda olan gənclərin hamısının arzusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaqdır.
Lakin hər bir arzunun reallaşması müəyyən zaman tələb edir. Belə bir zaman 2020-ci ilin payızında yetişdi. Həmin vaxt artıq 10 ilə yaxın idi ki, Rəşad müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarında xidmət edirdi. Bu müddət ərzində müxtəlif kurslarda hərbi bilik və vərdişlərini təkmilləşdirən pəhləvan cüssəli bu oğlan əvvəl kəşfiyyat manqa komandiri, sonra top komandiri kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Bu barədə Rəşad deyir:
– Aprel döyüşlərinə qatılanda, sevincimizin həddi-hüdudu yox idi. Sanırdıq ki, məqam yetişib. Ermənilərdən intiqamımızı alacağıq. Lakin sona qədər gedə bilmədik. Buna baxmayaraq, Aprel döyüşləri Ordumuzun, o cümlədən hər bir əsgər və zabitin döyüş ruhunu nümayiş etdirdi. Nəhayət, uzun hazırlıqlardan sonra 44 günlük Vətən müharibəsi başladı…
Rəşad bu döyüşlərə artilleriya divizionunun tərkibində qatıldı. Topçuların komandiri idi. 6 heyət üzvü ilə ermənilərin üzərinə hücuma keçdilər. Daha ətraflı »



Bu günlərdə Energetika naziri Pərviz Şahbazov Tərtər şəhərində vətəndaşları qəbul edib.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə “dəyirmi masa“ keçirilib.
Hazırda qadınlara qarşı zorakılıq geniş yayılmış insan hüquqları pozuntusu olaraq qalır.


Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Tərtər Qadın Resurs Mərkəzi və rayon Mədəniyyət Mərkəzi birlikdə ”Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Qadınlara qarşı zorakılığa son deyək!” mövzusunda “dəyirmi masa” kecirib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və “Qadın Zorakılığına Qarşı Mübarizə Günü”nün tarixi barədə danışıb. Qeyd edib ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi də təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Doğma Qarabağ torpaqlarına Böyük Qayıdış başlayıb. Keçmiş məcburu köçkünlər dədə-baba yurdlarına dönürlər.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin icrası ilə bağlı olaraq “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi-nin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Qış aylarında günlərin qısalması, günəşli günlərin sayının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Odur ki, qışda süfrələrimizin orqanizm üçün xeyirli olan ərzaqlarla daha zəngin olmasına fikir vermək lazımdır.
Hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biri məhz qripdir. Qripin ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddət sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq bunlara əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də “baş qaldıra” bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
Yeni ismarıclar