Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,941
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 03Mar
    Milli-mənəvi dəyərlər Multikulturalizm Mərkəzində qış məktəbinin yekun nəticələri müzakirə edilib üçün şərhlər bağlıdır

    Foto BBMM yekunBakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb. Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının  vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib. İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb.  Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib. Daha ətraflı »

    Teqlər:

  • 01Mar
    Digər “Vətən gözdür, biz kiprik, gözümüzün keşiyini çəkirik” üçün şərhlər bağlıdır

    “TƏRTƏR” BATALYONUNUN   YARADICILARINDAN BİRİ

    penahPənah Ağamalı oğlu Məmmədov 1961-ci il mart ayının 13-də Tərtər rayonunun Balakəngərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Cəmilli kənd orta məktəbini bitirərək 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə daxil olmuşdur. Oxuduğu institutda hərbi kafedra olduğu üçün leytenant rütbəsi almışdır. Mülki ixtisası mühəndis-texnoloqdur, hərbi ixtisası isə taktiki və strateji raketlər üzrədir. Pənah Məmmədov 1982-1984-cü illərdə Belorusiyada hərbi xidmətdə olmuş, raketatan qurğulara rəhbərlik etmişdir. Həmin vaxt bir çox ölkələrdə hərbi təlimlərdə iştirak etmişdir. 1984-cü ildə baş leytenant rütbəsi almışdır.
    1984-cü ilin avqust ayında Qazaxıstanın Kapiyar poliqonunda 2 ədəd raket sınağını əla qiymətlə yerinə yetirərək “Fəxri Fərman” almışdır.
    1984-cü ildə ordudan tərxis olunan Pənah Məmmədov yenidən doğma rayonu Tərtərə dönmüş, baş leytenant kimi rayon hərbi komissarlığında qeydiyyata götürülmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 01Mar
    Digər MÜQƏDDƏS DÖYÜŞ YOLU üçün şərhlər bağlıdır

    nizamiNizami Firudun oğlu Heydərov 1956-cı il aprel ayının 5-də Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub.
    1972-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Gəncə İnşaat Texnikumuna daxil olmuşdur.
    1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra qayıdıb yenidən təhsilini davam etdirmişdir. Sonra istehsalatda çalışmışdır. Daha sonra gizir rütbəsilə hərbi təlim toplantılarına cəlb olunmuşdur, desant ordusunda təlim keçmişdir.1992-ci ildə “Qurtuluş” batalyonunun tərkibində doğma yurdumuzun müdafiəsinə qalxmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Marquşevan, Marağa, Həsənqaya, Çaylı, Ağdərə, Koçakod kəndləri uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir.
    1992-ci ilin sentyabr ayından “Tərtər” özünümüdafiə batalyonuna ərzaq xidməti rəisi təyin olunmuşdur. 1993-cü ilin yanvar ayından batalyon komandirinin döyüş işləri üzrə müavini vəzifəsini daşımış, Milli Qəhrəman Elman Hüseynov həlak olduqdan sonra isə onun yerinə batalyonun komandiri təyin edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 01Mar
    Digər VƏTƏN SEVGİSİ üçün şərhlər bağlıdır

    SuliddinSuliddin Bəhmən oğlu Yusibov 1964-cü il fevral ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur.  Orta təhsilini Səhlabad kənd orta məktəbində almışdır.
    1982-ci ildən 1984-cü ilə kimi Sovet Ordusu Sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra iki il Mirbəşir Narcılıq Sovxozunda fəhlə işləmiş, 1986-cı ildən 1987-ci ilə kimi Bərdə rayonundakı texniki peşə məktəbində təhsil almış, avtoçilingər peşəsinə yeyələnmişdir.
    1988-ci ildən Mingəcevir şəhərindəki 6 saylı Tikinti-Quraşdırma İdərəsində sürücü işləmişdir. 1990-cı ildə rayonumuza qayıdaraq burada fəaliyyət göstərən özünümüdafiə batalyonuna yazılmışdır.  1992-ci ildən 703 saylı hərbi hissənin 5-ci batalyonunun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
    Ağdərə rayonunun ərazisində, Marağa, Marquşevan, Sərsəng Su Anbarı, “Turbaza”, “Ayı heykəli”, Drambon, Çıldıran və Qızılqaya uğrunda gedən qanlı döyüşlərdə ön cərgələrdə olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 01Mar
    Digər CƏBHƏ KİŞİLİK MEYDANIDIR üçün şərhlər bağlıdır

    metlebMətləb Əziz oğlu Manafov 1958-ci ilin payızında dünyaya gəlib. Tərtər rayonunun Səhlabad kəndində ilk addımlarını atıb, burda əlinə çanta alıb məktəbə gedib.
    Orta təhsil illərindən sonra Rusiyanın Çita Vilayətində hərbi xidmətdə olub. Xidmətdən sonra Tərtər rayon Subartezian İdarəsində işləməyə başlayıb.
    1992-ci ilin avqust ayında könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə istiqamətində “Tərtər” batalyonunun tərkibində döyüşüb. Bir necə dəfə yaralanmasına baxmayaraq, savaş meydanını tərk etməyib. 1993-cü ildə isə ağır yaralandığı üçün ordudan tərxis olunub.
    Ailəlidir, 1 oğlu, 2 qızı var.
    Hazırda Tərtər rayonunun Səhlabad kəndində yaşayır.
    Cəbhəni “kişilik meydanı” adlandırır.

    Tofiq Yusifin “Ölümlə üz-üzə kitabından”

    Teqlər:

  • 01Mar
    Digər ­­YURD­­ SEVGİSİ üçün şərhlər bağlıdır

    IMG-20160112-WA0000-11Vətənpərvərlik sevgisi insanda kiçik yaşlarından başlayır. Ananın verdiyi tərbiyə ilə uşaq ailəyə, yaşadığı evə, kəndə, şəhərə bağlanır. Böyüdükcə bu istək daha da, formalaşır. Məktəbdə illərdə, kollektivdə çalışdığı anlarda artıq vətən, torpaq sevgisinə çevrilir.
    Fuad Əmirli 1996-cı ildə Sarov kəndində anadan olub. İlk təhsilini boya-başa çatdığı Sarov tam orta məktəbində, sonra isə Tərtər texniki peşə məktəbində alıb. Çilingər ixtisasına yiyələnib. O da başqa gənclərimiz kimi ailəsini, doğma kəndini ürəkdən sevir. 2014-cü ilin əvvəlində hərbi çağırış yaşı çatmış həmyaşıdları kimi əsgəri xidmətə yollandı. Xidmət müddətində mətinləşdi, hərbi texnikanın sirlərinə yiyələndi, vətənin gərəkli oğluna çevrildi. Bu günlərdə Fuadın ailəsində bir sevinc yaşandı. O, hərbi xidmətini layiqincə başa çatdırıb evlərinə döndü. Anası Könül xanımın sevincinin həddi-hüdudu yoxdur. “Dünən uşaq kimi yola saldığım balam bu gün kişi kimi qayıdıb evimizə”-deyir. Daha ətraflı »

    Teqlər:

  • 01Mar
    Digər CƏBHƏYANI KƏNDLƏRDƏ BÖYÜYƏN UŞAQLAR üçün şərhlər bağlıdır

    Изображение 0961Dəmirçilər rayonumuzun cəbhəyanı kəndlərindən biridir.
    Bu kəndlərdə doğulub boya–başa çatan uşaqlar körpə yaşlarından müharibənin nə olduğunu bilirlər. Odur ki, hər bir oğlan uşağının arzusu tez böyüyüb düşməndən intiqam almaqdır.
    Eşqin Cəfərli də hələ orta məktəbdə oxuyarkən düşmənlərimizin nə qədər qəddar olduğunun həm əldə etdiyi məlumatlardan, həm də öz doğma kəndinin timsalında yaxşı bilirdi. Ermənilərin ucbatından onun və digər uşaqların çox sevdikləri meyvə bağlarında ağaclar bar verməmiş məhsul məhv olurdu,valideyinlərinin min–bir əziyyətlə yetişdirdikləri taxıl zəmiləri, yoncalıqlar susuzluqdan saralırdı.
    Eşqin hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2014 –cü ilin iyul ayında onların evində məclis quruldu, babalar, nənələr, dayılar, bir sözlə, bütün doğmalar ona xeyir-dua verib ordu sıralarına yola saldılar.
    Ordu həyatı sənə nəyi öyrətdi? –sualına Eşqin belə cavab verdi: Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat İSTİRAHƏTİNİZ XOŞ KEÇSİN üçün şərhlər bağlıdır

    BİZİ ƏHATƏ EDƏN ƏTRAF

    bizi əhatə edən ətrafBizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
    Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insana gözəl duyğular aşılayır.
    Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrıseçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edir…
    Daha ətraflı »

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat ÇOX MEYVƏ YEYƏNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    meyvəMəlumata görə Türkiyədə pəhriz sahəsində fəaliyyət göstərən Sunay Kütük, çox meyvə istifadəsinin doğru olmadı-ğını ifadə edib. Yaz mövsümündə bədənin su ehtiyacının qarşılaması üçün meyvə qəbulunun faydalı olmasına baxma-yaraq həddindən artıq istifadə düzgün deyildir. Onun sözlərinə görə yaz dövründə dəyişən qidalanma vərdişləri sayəsində çoxlu meyvə qəbulu artıq çəkinin formalaşmasına səbəb olur . Karbohidrat və şəkər baxımından zəngin olan meyvələri qəbul edib, hərəkətsiz qaldıqda yağa çevrilir. Bu da həddindən artıq kiloları özü ilə gətirir. Eyni şəkildə yazda gec saatlarda yemək yeyilməsi də artıq çəkiyə təsir edir. Yatmadan ən az iki saat əvvəl kalorisi aşağı olan qidalar istifadə edilməlidir. Yemək sonrasında çay içildikdə isə meyvə qəbul edilmir.

    Teqlər:

  • 29Fev
    Ədəbiyyat İNSAN BƏDƏNİ HAQQINDA MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır

    İNSAN1. Siz açıq gözlərlə asqıra bilmərsiniz. . . 2.Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
    3. Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
    4. Sizin dilinizin izi tamamilə unikaldır, bunu unutmayın .
    5. Bədəndə ən güclü əzələ dildir.
    6. Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
    7. Əgər 3 səhifə kitab oxumuşsunuzsa deməli gözləriniz 1 kilometr yolu qət edib.
    8. Səhərlər insan çəkisi daha artıq olur, çünki bədənin altında yerimə vaxtı onurğa sıxılır və gecə düzəlir.
    9. Mədədə o qədər turşu olur ki, onun köməyi ilə dəmir mismar hazırlamaq olar.
    10. Siz təxminən gün ərzində 23 min dəfə nəfəs alırsınız.
    11. Bildiyiniz kimi 4 qan qrupu yox, 29 qan qrupu var.

    Teqlər: