Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-010Rayon statistika idarəsinin məlumatına əsasən, bu il rayonumuzun təsərrüfatlarında 1.035,1 hektar sahəyə yüksək məhsuldar çiyid səpilib. Səpindən sonra becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından, sahələrdə bol “ağ qızıl” hasilə gəlib. Artıq bir neçə gündür ki, pambıq tarlalarında məhsul toplanışına başlanıb. Bir sıra təsərrüfatlarda fermer və ailə-fermer təsərrüfatlarının üzvləri pambıq toplanışında yaxşı işləri ilə fərqlənirlər.
    Cəmi bir neçə gün ərzində qəbul məntəqəsinə 315 tona yaxın məhsul təhvil verilib. Sentyabrın 30-dək Azadqaraqoyunlu kəndində 48 ton, Qarağacıda 55 ton, Qaynaqda 36 ton, Əksiparada 19 ton, Köçərlidə isə 20 ton məhsul toplanaraq qəbul məntəqəsinə təhvil verilib. Pambıqçılığın əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə ölkə Prezidenti möhtərəm İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi diqqət yetirməsi, bu sahədə çalışan insanlara subsidiyaların verilməsi barədəki Sərəncamı “ağ qızıl” ustalarının marağını qat-qat artırmışdır.
    Hamıya yaxşı məlumdur ki, tarixən Tərtər rayonunun pambıqçıları həmişə qabaqcıl olublar. Ulu Öndər dəfələrlə Tərtərdə olub, tarlaları gəzib, qabaqcıl əmək adamları ilə görüşüb, söhbət edib. Həmin insanların çoxu indi də bu görüşləri yaxşı xatırlayır. Elə buna görə də pambıqçılığın əvvəki şöhrətinin qaytarılması məsələsi bu sahədə çalışanların ürəyincə olub. Bu səbəbdən də gələn il rayonda pambıq əkini sahələrinin azı 2 dəfədən çox artırılması nəzərdə tutulub.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 12:12

    Teqlər:

İsmarıclar bağlıdır.