Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,941
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Apr
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    новый-1SƏNƏTİNİ SEVƏN İNSAN

    İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi olsun, həm də sənəti ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.
    Belə peşə adamlarından biri də Səfərov Ziyəddin İdris oğludur. O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Politexnik Texnikumunun Energetika fakültəsinə daxil olub. 1980-ci ildə texnikumu bitirdikdən sonra hərbi xidmətə gedib, xidmətini başa vurduqdan sonra öz ixtisası üzrə müxtəlif iş yerlərində çalışıb.
    1993-cü ildən Tərtər Elektrik Şəbəkəsində elektrik montyoru işləməyə başlayıb. İşgüzarlığı və məsuliyyətliliyi ilə seçilən Ziyəddin əmi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan apardığı düzgün siyasəti və Azərbaycanın uğurlu inkişafını görərək, 1995-ci ildən Yeni Azərbaycan Partiyasına daxil olub. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər BACARIQLI MAŞİNİST–EKSKAVATORÇU üçün şərhlər bağlıdır

    Изображение 104Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar.  Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
    Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Sosial Minnətdarlıq üçün şərhlər bağlıdır

    Изображение 011MAHİR ƏSƏDOV KÜÇƏSİ ABADLAŞDIRILIB

    Hörmətli redaksiya! Oğlum Mahir Əsədov çox gənc yaşlarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
    O, orta məktəb partasından yenicə ayrılmışdı. Könüllü olaraq döyüşlərə qatıldı. Vətənin ağ gününü şəxsi xoşbəxtliyindən üstün tutdu. Nə evlənməyə macal tapdı, nə də övladı yadigar qaldı. Təsəllim bircə budur ki, Mahir unudulmayıb. Şəhərimizin ən yaraşıqlı küçələrindən birinə onun adı verilib. Bu yaxınlarda həmin küçədə abadlıq və yenidənqurma işləri aparıldı, səkilər təmir edildi, yeni işıq sistemi quraşdırıldı. Həmçinin burada şəhid Mahir Əsədovun adına tikilmiş bulaq təmir olunaraq, yaraşıqlı görkəm aldı. Mən bu küçə ilə addımlayanda övladımın arzularının gerçəkləşməsinin şahidi oluram. Axı, o, şəhərimizi beləcə gözəl, onun sakinlərini isə xoşbəxt görmək istəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 07Apr
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    05555Həyatımızın sevinci Mədinə balamız, bir yaşın mübarək olsun!
    Arzu edirik ki, bu qayğısız bir yaşın müdrik 100 yaşa çatsın. Doğmalarının duası, Allahın mərhəməti səni xoşbəxt balalarımızdan biri etsin. Üzündəki təbəssümün ömrünün bəzəyinə çevrilsin. Nəslimizin-kökümüzün xanım-xatın gözəllərindən olasan, əziz Mədinəmiz. Ən xoş arzularımız daim səninlədir, gül balamız. Səni xoşbəxt yaşa!
    Hörmətlə: Atan Bəxtiyar, anan Gülşən, babaların Surxay və Qəzənfər, nənələrin İradə və Tahirə, dayıların Anar və Heydər, bibilərin Fəridə və Nigar .

    Teqlər:

  • 05Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    50DoFjaNOL8Hörmətli Tofiq müəllim!

    Bakıda yaşayan tərtərli ziyalılar adından sizi doğum gününüz münasibətilə səmimi təbrik edir, həyatda ən böyük nemət olan cansağlığı arzulayırıq.

    Ziyalının, şairin, jurnalistin həyatı daim xalqın gözü qarşısında olur və yazılmış kitabları, şeirləri, məqalələri ilə ölçülür. Bu baxımdan demək olar ki, siz zəngin bir ömür yaşamısınız. Arzu edirik ki, yeni-yeni yaradıcılıq uğurlarınız həyatınızın bu zənginliyini daha da artırsın. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLDİ üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR NOVRUZU BÖYÜK SEVGİ İLƏ QARŞILADILAR

    Изображение 277Изображение 062Həmin gün tərtərlilər və şəhərimizin qonaqları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydana toplaşmışdılar. Bayram münasibətilə bəzədilmiş meydan öz möhtəşəmliyi ilə göz oxşayırdı. Novruzun atributlarından biri olan nəhəng səməni baharın yaxınlaşmasından, tezliklə təbiətin bu cür yamyaşıl rəngə boyanacağından xəbər verirdi. Rayon icra hakimiyyəti binasının üzərində əzəmətlə dalğalanan Azərbaycan bayrağı xalqın bu sevincinin, qürurunun şahidi idi. Bəli, bütün bunlar bu il 25 illik yubileyini qeyd edəcəyimiz müstəqilliyimizin bizlərə bəxş etdiyi xoşbəxtlikdir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Açılışlar SAROV KƏNDİNİN SAKİNLƏRİ İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADILAR üçün şərhlər bağlıdır

    Изображение 058Изображение 077Rayonumuzun kəndlərində quruculuq-abadlıq işləri ilə yanaşı qaz çəkilişi də sürətlə davam etdirilir. Bu günlərdə – xalqımızın əziz günlərindən olan Novruz bayramı ərəfəsində iri yaşayış məntəqələrindən biri olan Sarov kəndində də qaz açılışı ilə bağlı tədbir keçirildi. Mərasimə bütün kənd camaatı toplanmışdı.
    Sarov kənd icra nümayəndəsi Ramin Quliyev məlumat verərək bildirdi ki, nümayəndəliyimizin ərazisi beş kənddən – Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərindən ibarətdir. Bunların ən böyüyü olan Sarov kəndinə qaz çəkilib. Kənddə 297 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu gün mərasimə toplaşan insanların sevincinin həddi-hüdudu yoxdur.  Tədbirdə çıxış edən kənd ağsaqqalları Mənsim Allahverdiyev, Surxay Muradov rayon mərkəzində və eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərindən ətraflı bəhs etdilər. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Milli-mənəvi dəyərlər “XALQIMIZIN MİLLİ-DİNİ ADƏT-ƏNƏNƏLƏRİ VƏ DİNİ RADİKALİZM” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

    Изображение 004Изображение 010Gənclər Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ölkəmizdə milli-mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Tərtər RİH-də HƏRBİ HİSSƏLƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    Изображение 133Изображение 231Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikası Hərbi Prokuror-luğunun təmsilçiləri rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Novruz bayramı münasibəti ilə “N” saylı hərbi hissədə olmuş, əsgərlərə bayram sovqatı aparmışlar.
    Tədbiri hərbi hissənin komandir müavini Qafqaz Əsgərov açaraq əsgərləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.
    Sonra rayon hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin bayram münasibəti ilə təbrikini çatdırmışdı. Daha ətraflı »

    Teqlər:

  • 29Mar
    Xəbərlər MİLLİ QƏHRƏMANIN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır

    IMG_6997IMG_7045Rayonumuzda Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nü-mayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
    Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə də onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Daha ətraflı »

    Teqlər: