Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, rayonun axundu Sadiq Cəfərov, eləcə də bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərliyi, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbiri açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Azərbaycanda multikulturalizmin dövlət siyasətinin önəmli istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb, dövlət tərəfindən bütün dini konfessiyalara diqqət və qayğı göstərilir, mütəmadi olaraq maliyyə vəsaiti ayrılır.
DQİDK sədrinin müavini Gündüz İsmayılov konfransın Azərbaycandakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan bu gün dünya üçün bir nümunədir.
Sədr müavini multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən Gündüz İsmayılov bununla bağlı aparılan tədbirlərdən danışıb.
Daha sonra rayonun axundu Sadiq Cəfərov çıxış edərək dini radikalizmin fəsadlarından, radikalizm əleyhinə aparılan dini maarifçilik işinin əhəmiyyətindən söz açıb.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.
-
29Okt
Müəllif: Redaktor, 11:29
Teqlər: Xəbərlər