Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Sen

    Digər üçün şərhlər bağlıdır

    “Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 16Sen
    Təhsil ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNMUŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Rayon təhsil şöbəsinin təmsilçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə gələcəkdə uğurlar qazanmağı arzulayıb. Daha ətraflı »

  • 16Sen
    Tərtər RİH-də SEYDİMLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Seydimli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev iştirak edirdi.
    Nərmin Vəliyeva görülən işlər barədə məlumat verdi.
    Kənd sakinləri Tahir Vəliyev, Tamella Məmmədova, Aminə Mayılova, Simuzər Səfərova, Raquf Orucov, Fiqurə Orucova, Etibar Orucov, Samir Əzizov artezian quyusunun bərpası, 2 yeni subartezian quyusunun qazılması, içməli su layihəsinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı. Daha ətraflı »

  • 16Sen
    Xəbərlər BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi.
    Müşavirədə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, cari ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinə ciddi surətdə hazırlıq işlərinə başlanılmalı, bütün imkanlardan səmərəli şəkildə istifadə edərək seçkilərdə YAP namizədlərinin qələbəsinin təmin edilməsinə qüvvələr səfərbər edilməlidir. Daha ətraflı »

  • 16Sen
    Kənd Təsərufatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Rayon Statistika İdarəsindən verilən məlumata görə bu il Tərtərdə 2481,6 hektarda günəbaxan yetişdirilib, sahələrdən 6471,9 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerdir. 2018-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 71,7 faiz, məhsul istehsalı 75,5 faiz, hər hektardan orta məhsuldarlıq isə 3,2 faiz və ya 0,8 sentner artıb.
    Qeyd edək ki, son illər Tərtər rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.

  • 16Sen
    Digər BEYNƏLXALQ SÜLH GÜNÜ üçün şərhlər bağlıdır

    Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir.
    Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
    BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh Zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi-” nin çalınması ilə sülh gününə başlanılır.
    Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Ayrı-seçkilik salmadan başqa millətdən olan xanımı öz evinə gəlin gətirib, evinin xanımı, körpəsinin anası edib. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Əziyyət çəkib, çalışıb, vuruşub, ailəsini, balasını dolandırıb, hətta yad millətdən olan qonşusuna da əl tutub, yardım edib. Azərbaycan xalqı özünə bir inək arzulayanda qonşusuna ikisini arzulayıb. Daha ətraflı »

  • 16Sen
    Digər MİLLİ MUSİQİ GÜNÜ üçün şərhlər bağlıdır

    Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
    Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Üzeyir Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Daha ətraflı »

  • 16Sen
    Digər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır

    Məlumdur ki, Yer kürəsinin 2/3 hissəsi sudan ibarətdir.
    “Su həyat mənbəyidir”–fikri xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su elə həyatın özüdür. Su olan məkanda mütləq həyat da var. Su insan bədəninin enerji qaynağıdır. Su bədənin bütün hüceyrələrini enerji ilə təmin edir. Zəhərli və zərərli infeksiyaların bədəndən xaric olmasına köməklik göstərir. Gün ərzində kifayət qədər su içmək sağlamlıq üçün xeyirlidir.
    Məlumdur ki, həyatın yaranmasında, biosferin formalaşmasında su həlledici rol oynamış və bu gün də oynamaqdadır. Şirin su problemi dünyada aktual sosial-iqtisadi problemlərdən biridir. Təəssüf ki, hələ də istənilən səviyyədə deyildir. Bir çox ölkələrdə içməli su ticarət mənbəyinə çevrilib. Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Niderland, Danimarka İsveçdən içməli suyu satın alır. Yaponiyada Norveçdən şüşə qablarda gətirilmiş su satılır. Səudiyyə Ərəbistanı Flippindən, Sinqapur Malayziyadan tankerlərlə içməli su alır.
    Su problemi bəşəriyyəti düşündürən vacib məsələlərdən biridir. Odur ki, dünya birliyi 2005-ci il martın 22-də ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən “İçməli su həyat üçün” devizi altında onillik elan olundu. Hələ qədim zamanlardan insan həyatında suyun misilsiz rol oynadığı qeyd edilmişdir. Dahilər bildirmişlər ki, “Su həyat üçün vacib deyil, o həyatın özüdür”. Daha ətraflı »

  • 16Sen
    Digər EKOLOGİYA ÖMRÜN CÖVHƏRİDİR üçün şərhlər bağlıdır

    Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir.
    Bu gün icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir.
    Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hər kəsin bu işə cəlb olunmasını tələb edir.
    İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivlərinin salınması insanda pozitiv əhval-ruhiyyə yaradır, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
    Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ekoloji durumun sağlamlaşdırılmasında gördüyü işlər əvəzolunmazdır.
    Son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona yüksək səviyyədə qulluq göstərilir. Daha ətraflı »

  • 16Sen
    Kənd Təsərufatı TORPAQ XEYİR-BƏRƏKƏT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır

    Bütün gövhərlərin rəngi parlaqdır,
    Hamısından xoş gələn yenə torpaqdır.
    Torpağa mərhəmət xeyirdir, inan,
    Lütf etsən gül verər, zülm etsən tikan.
                                                                    Nizami GƏNCƏVİ
    Dahi mütəfəkkir torpağı Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. O, insanların torpağın qədir-qiymətini bilməsini, ona ana kimi yüksək qayğı göstərməsini, lütf ilə əkib-becərməsini firavan yaşayışın əsası hesab edirdi.
    Ataların gözəl məsəli var: “Torpaq deyir, öldür məni, dirildim səni”. Yəni, torpağı elə əkib becərəsən ki, ondan yüksək məhsul götürə biləsən. Bunun üçün deyirlər: “Sən inamla cəhd elə, ruzi verən Allahdır”.
    Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır. Torpağı qorumaq və onu əkib-becərmək hamının borcudur. Torpaq əvəzedilməzdir, məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq mümkün deyil. Torpağın yerini dəyişmək olmur. Torpağın münbitliyinin qayğısına daim qalınmalıdır. Daha ətraflı »