Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə həyat deyilir.
Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
Həyatın ən çətin sualları – ağılın düşündüyü, amma ürəyin cavablandıra bilmədiyi suallardır.
Yalançı olmaq üçün yaddaş lazımdır.
Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir. Daha ətraflı »
-
06SenDigər AFORİZMLƏR üçün şərhlər bağlıdır
-
06SenDigər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır
Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.
Çirkli qar təmiz qardan tez əriyir.
Arıların 5 gözü olur.
Dünyada hər 2 dəqiqədən bir zəlzələ baş verir.
Normal insanın yuxuya getməsi üçün orta hesabla 7 dəqiqə vaxt tələb olunur.
İl ərzində insan qabırğası 5 milyon dəfə hərəkət edir.
Dəvədəlləyi yeganə həşəratdır ki, başını çevirə bilir.
Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Daha ətraflı » -
06SenDigər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır
Siz açıq gözlərlə asqıra bilmirsiniz.
Ağızda Yer kürəsində insan sayı qədər bakteriyalar var.
Sizin saçınızın bir teli almanın çəkisinə dözə bilər.
Bədəndə dil ən güclü əzələdir.
Mədənizin daxili qabığı hər üç gündən bir yenilənir.
Əgər 3 səhifə kitab oxumuşsuzsa, deməli, gözləriniz 1 kilometr yolu qət edib.
Mədədə o qədər turşu olur ki, onun köməkliyi ilə dəmir mismar hazırlamaq olar.
Əgər siz üzünüzü təraş etməsəz, onda 9 metrə qədər saqqal uzanacaq.
Siz təxminən gün ərzində 23 min nəfəs alırsız.
İnsan beyni qocaldıqca daha yüngül olur.
İnsan orta hesabla yuxusunu cəmi 7 dəqiqəyə alır.
Qaraciyər 18 – 20 saatın arasında alkoqolu parçalayır.
Bildiyiniz kimi 4 qan qrupu yoxdu, 29 qrup var. Onlardan ən nadiri Bombey yarımqrupuna aiddir — ona Yaponiyada ailələr qrupunda rast gəlinir. Daha ətraflı » -
06SenDigər BEYNİMİZİN SAĞLAMLIĞI ÜÇÜN üçün şərhlər bağlıdır
Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.
Ümumilikdə bu qidaların qəbulu beyni sağlam vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:
– Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır. Daha ətraflı » -
06SenDigər DƏLİXANADA üçün şərhlər bağlıdır
Bir dəli gəlib dostlarına danışır:
– Dünən taksi şoferinə atdım
Necə?
– Pulu verdim, amma minmədim.* * *
Bir gün bir dəli çıxır söyüd ağacına.
Dostu deyir: – Hara çıxırsan?
– Armud yeməyə.
Dostu deyir:
Axı, bu söyüd ağacıdır.
– Nə olsun. Armud cibimdədi.* * * Daha ətraflı »
-
06SenDigər LƏTİFƏLƏR üçün şərhlər bağlıdır
Uşaqları polis bölməsinə ekskursiyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!”
Məmmədqulu soruşur:–“Bunları axtarırsız?”
Polis işçisi:
– Bəli
Məmmədqulu:
– Bəs şəkillərini çəkəndə niyə tutmadız?* * *
Bir gün yol polisi birini saxlayıb deyir.
– Qardaş, xəttin üstündən keçmisən.
Kişi qayıdıb deyir:
– Nə edim, qaldırım altından keçim?* * *
Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar. Daha ətraflı »
-
06SenDigər MƏŞHURLARIN HƏYATINDAN üçün şərhlər bağlıdır
Adolf Hitler 1938-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilmişdi.
* * *
Səddam Hüseynin məxsusi bir Quran kitabı vardı, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.
* * *
Ölümündən üç ay sonra Çarli Çaplinin cəsədi iki nəfər isveçrəli tərəfindən ailəsindən girov pulu almaq məqsədi ilə qaçırılmışdı. Daha üç ay keçdikdən sonra cinayətkarlar həbs olundu. Eyni hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün qəbirin üstünü betonla örtmüşlər.
* * *
Ən uzunmüddətli kral sülaləsi– Yaponiyadır. İmperator Akixito öz ailəsinin 125-ci törəməsidir.
-
21AvqTərtər RİH-də İLİN BİRİNCİ YARISINA YEKUN VURULDU üçün şərhlər bağlıdır
2019-cu ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Hesabat dövründə 1 milyon 770 min manat dəyərində əsas fondlar istifadəyə verilib. 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.
Bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı » -
21AvqTərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Kəngərli kəndinin 324 təsərrüfatı, 1631 nəfər əhalisi var. Burada 175 yerlik tam orta məktəb, kitabxana, körpələr evi–usaq bağçası, poçt, 286 nömrəlik ATS, 4 məişət xidməti obyekti, 8 ticarət və ictimai iaşə obyekti fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 38 sentner buğda, 41 sentner arpa, 40 sentner pambıq istehsal ediblər. 465 kq barama təhvil veriblər.
Bu il isə 98 hektar buğda, 26 hektar arpa, 20 hektar pambıq əkiblər. Kəngərlilər hər hektardan 41 sentner taxıl, 28 sentner arpa təhvil veriblər. 500 kq barama istehsal ediblər. Daha ətraflı » -
21AvqXəbərlər MÜQƏDDƏS QURBAN BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır
Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə qeyd edildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər bir tərtərlini dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, hamıya səmimi arzu və diləklərini yetirdi.
Sonra əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurbanlar kəsildi, ənənələrə uyğun olaraq dini mərasimləri başladı.
Şəhid ailələrinə, əlillərə, ağsaqqallara, müharibə veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payları verildi.
Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.“Yeni Tərtər”
Yeni ismarıclar