Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Elə ilk günlərdən, hələ Azərbaycanda bu virusa yoluxan olmadığı halda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə pandemiyanın geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirildi, ciddi hazırlıq işləri görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, əhalinin bu yoluxucu xəstəliklə bağlı maarifləndirilməsi diqqət mərkəzində saxlanıldı. Xəstələrin müayinəsi və müalicəsi üçün xüsusi yerlər müəyyən edildi, xəstəxanalar ayrıldı, müasir tibbi avadanlıqlar alınıb gətirildi. Dövlət büdcəsindən bu məqsədlə küllü miqdarda–milyardlarla vəsait ayrıldı. Görülən bu həllivacib tədbirlər, əlbəttə, öz səmərəsini verdi və əhali arasında bu qorxulu epidemiyanın daha geniş yayılmasının qarşısı alındı.
Ölkə başçısı tərəfindən hazırda da koronavirus pandemiyasına qarşı ciddi tədbirlərin görülməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında onların iştirakları da bu vacib sahəyə diqqətin əsas təzahürüdür.
Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Daha ətraflı »



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər İdman Olimpiya Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərə və tərtərlilərə həmişə yüksək qayğı və diqqət göstərmişdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd edildiyi kimi, hazırda dünyada 7 milyonadək insan yeni növ koronavirus(COVİD-19) xəstəliyinə yoluxmuş, 400-minədək şəxs vəfat etmişdir. Respublikamızda hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə mü-əyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur.
Yeni ismarıclar