Tam adı Əbu Məhəmməd İlyas İbn Yusif olan Nizami Gəncəvi dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasında yeni epik-romantik janırın banisi, Azərbaycan fars dilli poeziyanın klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, farsdilli epik poeziyaya danışıq dili və realist stili gətirmiş sənətkardır.
Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Doğulub boya-başa çatdığı yerə görə “Gəncəvi”, sözləri nizama düz-məkdə, yəni şeir yazmaqda məharətinə görə “Nizami” adlandırılan İlyas gənc yaşlarından dövrünün elmi bi-liklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır. Ömrü boyu bir an belə mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Şairin ömrü boyu elmi biliklərə yiyələnməsini, sonralar “Xəmsə” (“Beşlik”) adı ilə bir yerə toplamış beş poeması aşkar göstərir.
Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun lirik irsindən əldə olunan nümunələr klassik şərq şeirin ancaq üç şəklini-qəzəl, qəsidə və rübai şəkillərini təşkil edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığın ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa imkan verir.
Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” müəllifi kimi məşhurdur.
Nizami xəmsəsində külli miqdarda atalar sözlərindən, zərbi-məsəllərdən, oforizimlərdən istifadə etmiş və öz əsərinin bədii dəyərini artırmışdır.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir.
Onun nadir əlyazmaları bir şəhərin (Bakı, Moskva, Təbriz, Tehran, İstanbul və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Xanım Kərimli, Rəhman Almuradov adına Ələsgərli kənd
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
-
31Mar
Müəllif: Redaktor, 08:44