20Avq
(DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)

Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20Avq
Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayan qəbilələrdən biridir. Çünki onların dilində cəmi 26 söz var.
Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekabr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
Yaponiyanın bəzi yerlərində kişilərə belə hüquq verilir ki, əgər gecələr onun arvadı xoruldayırsa, onu boşaya bilər. Burada qadının xoruldaması valideynin qızını pis tərbiyə etməsi əlaməti kimi qiymətləndirilir
Yaponiyada qadın kişinin arxasınca gəlməlidir, kişidən qabağa keçməyə ixtiyarı yoxdur.
Şimali Amerikanın bəzi xalqlarında (hindularda), habelə İndoneziyada, Okeaniya adalarında başqa qəbilədən qız alan kişi həmin qızın evinə getməlidir. Daha ətraflı »
Teqlər: Digər
10Avq

Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə 35 mənzilin, 136 avtomobilin açarlarını təqdim etdi.
Mərasimdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.
* * *
Tərtər rayonunda da bu qəbildən olan insanlara daim böyük diqqət və qayğı göstərilir. Son 5 il-də rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bir 6 mərtəbəli, 54 mənzilli yaşayış binası və 14 ədəd isə fərdi ev tikilib onların istifadəsinə verilmişdir.
Teqlər: Sosial
10Avq
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2018-ci il.
Teqlər: Sosial
10Avq
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Rəcəbli kəndində keçirildi.
Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kənd haqqında məlumat verdi. Bildirdi ki, Sarov kənd İnzibati Ərazi Dairəsi 5 kəndi–Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazisi 1411 hektar, təsərrüfatların sayı 527, fərdi yaşayış evlərinin sayı 368-dir.
Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
10Avq
Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Daha ətraflı »
Teqlər: Xəbərlər
10Avq
Azərbaycan Respublikasının Gənclər Fondu Tərtər rayonunda cəbhəyanı rayon və şəhərlərdə yaşayan gənclərlə görüş keçirib.
Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond haqqında məlumat veriblər və bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin cəmiyyət həyatının əsas dinamik qüvvəsi olmasından danışıblar.
Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
10Avq
2018-ci ilin birinci yarısı ərzində Tərtər rayonda 2108 yeni iş yerləri açılmışdır ki, onun 211 daimi iş yerləridir. Daimi iş yerlərinin 29-u və ya 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i və ya 13,3 faizi mövcud müəssisə və təşkilatlarda, 154-ü və ya 73 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır. Bundan başqa 2018-ci ilin 6 ayı ərzində 1897 mövsümi iş yerləri açılmışdır.
2013-2017-ci illərdə və 2018-ci ilin 6 ayı ərzində rayonda 14155 yeni iş yerləri açılmışdır ki, onun da 4804-ü daimi iş yerləridir.
Tərtər Rayon
Statistika İdarəsi
Teqlər: Sosial
10Avq
Qan yaddaşımız
(Qərbi Azərbaycan ərazisində olan torpaqlar)
1. Dilican qəzası – 2030 kv.km
2. Eçmiədzin qəzası – 3439,7 kv.km
3. Zəngəzur qəzası – 3480 kv.km
4. İrəvan qəzası – 4332 kv.km
5. Göyçə mahalı – 2973 kv.km
6. Loru-Pəmbək – 4288 kv.km
7. Dərələyəz mahalı– 2308 kv.km
8. Şoragəl Gümrü – 1614 kv.km
(Ümumi sahəsi 29,8 min kv,km)
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa, Xocalı (Əsgəran), Xocavənd (Martuni, Hadrut) rayonları: Ərazisi 4388 kv.km.
Xocalı (26 fevral 1992-ci il) – 926 kv.km.
Xocavənd (02 oktyabr 1992-ci il) – 1458 kv.km.
Şuşa (08 may 1992-ci il) – 289 kv.km.
Laçın (18 may 1992-ci il) – 1835 kv.km.
Kəlbəcər (02 aprel 1993-cü il) – 3054 kv.km.
Ağdam (23 iyul 1993-cü il) – 1094 kv.km.
Cəbrayıl (23 avqust 1993-cü il) – 1050 kv.km.
Füzuli (23 avqust 1993-cii il) – 1392 kv.km.
Qubadlı (31 avqust 1993-cü il) – 802 kv.km.
Zəngilan (30 oktyabr 1993-cü il) – 707 kv.km
Teqlər: Digər
10Avq
QƏLƏBƏ ÜMİDİ
Tarix-Diyarşünaslıq muzeyində Ağdamın erməni faşistləri tərəfindən işğal edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Aybəniz xanım tariximizin ağrılı günləri barədə məruzə söyləyib. Muzeyin elmi işçisi Xuraman Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova mərkəzin işçisi Ülviyyə Süleymanlı və mərkəzi kitabxanada uşaq şöbəsinin işçisi Cəmilə Səfərova çıxış ediblər. Onlar bildiriblər ki, hər bir azərbaycanlı, eləcə də ağdamlılar qələbə ümidi ilə yaşayırlar.
Sonda tədbir iştirakçıları muzeylə yaxından tanış olublar.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar